Bu parkda yerləşən çay evlərindən ŞİKAYƏT
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Xırdalan şəhəri Heydər Əliyev parkında yerləşən çay evlərindən şikayət var.
BAKU.WS xəbər verir ki, bu barədə Aqil Tağıyev adlı istifadəçi feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, parka nəzarət yoxdur. Ağaclar baxımsızlıq ucbatından qurumağa başlayıb:
"Bura Abşeron Rayon İcra Hakimiyyətinin 300 metrliyində yerləşir. Çay evləri parkın içini demək olar özəlləşdiriblər, özlərinə ərazilər ayırıblar və ərazilərini dəmir çəpərlə parkdakı ağaclara mismarlayıblar. Bu cür ağacların yetişməsi, böyüməsi, park halına gəlməsi üçün on illər lazımdır, baxımsız vəziyyətə salınıb quruması üçün isə bir il kifayətdir".
Ərazidən kadrları təqdim edirik:
Qalereya











Bakıda sakinlər zorla evlərindən çıxarılırlar? Məşhur MTK nın rəhbərliyindən ŞİKAYƏT
03 Aprel 2025 01:41
Bu bürclər həmişə şikayət edir
21 Yanvar 2025 09:01
Bilgəhdə yerləşən internat məktəbində istilik sistemi işləmir, maraqlanan yoxdur ŞİKAYƏT
10 Dekabr 2024 15:29
Bu federasiya UEFAdan CASa şikayət edəcək
21 Noyabr 2024 11:51
Ən çox bu bankdan şikayət edilib
13 Yanvar 2025 19:51

