Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bu payız onun üçün gəlməyəcək

Bu payız onun üçün gəlməyəcək

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Oxuduğum və diqqətimi daha çox çəkən sətirlərə mis qələmlə nöqtə işarəsi qoyub not dəftəimdə qeydiyyat apardığım  Respublikanın tanınmış hüquqşünası İkram Kərimovun “Zirvədən zirvəyə” kitabını yazı masamın üzərində üst-üstə qalaqlanan digər 3 kitabının üzərinə qoyub telefonu əlimə götürdüm və açar-açmaz rayonumuzun ziyalılarını təmsil edən FB səhifəsində oxuduğum xəbərdən ildırım vurmuş kimi oldum: “Həmyerlimiz Respublikanın əməkdar hüquqşünası İkram Kərimov  haqq dünyasına qovuşub.” ... Allahdan rəhmət diləməyə dilim gəlmədi. Çünki, inanmırdım və inanmaq istəmirdim bu xəbərə. Düşünərsiz 84 yaşı var... Çox gümrah idi, həyat eşqi ilə dolu idi bu adam. Onun ruhu, yaddaşı çox, çox gənc idi... Təqaüddə olmasına baxmayaraq işləmək, fayda vermək, bildiklərini, etalon olacaq həyat təcrübəsini gənclərə ötürmək, eşitdiklərini, gördüklərini yazmaq, gələcək nəslə miras qoymaq həvəsi tükənməz idi... Varlığı bu  gün çıraq kimi gəncliyə işıq tuturdu. Şəxsiyyətində və qələmə aldığı hər sətrində elmdən, ədəbdən, haqqdan, ədalətdən, cəsarətdən, humanistlikdən, işgüzarlıqdan, insanpərvərlikdən, yurdsevərlikdən, milli-mental dəyərlərə, həyata, yaradıcılığa sevgidən qala yox, saray qurub. Çalışmaqdan, yaşamaqdan, yaratmaqdan usanmayan bir insan...  

Bizim onunla çox söhbətimiz, bölüşəcək çox fikirlərimiz vardı... Görüşəcəkdik, verəcəyim sualları, soruşub öyrənəcəklərimi unutmamaq üçün yaddaş da  tutmuşdum. Onun kitablarına təqdimat keçirəcəkdik, gənclərlə görüşünü təşkil edəcəkdik bu payızda. Payızı özü seçmişdi.Beşinci kitabı – “Zirvədən görünən ömür” kitabının ikinci hissəsi nəşriyyatda idi. O kitabın çıxmasını gözləyək, beşini bir yerdə təqdim edərik, - deyirdi. Mənim “Zirvədən görünən ömür”adlı məqaləmin linkini də həmin kitaba salınması üçün nəşriyyata göndərmişdi. Ona görə də payızda- oktyabrda görüş təşkil etməyi planlamışdıq...İndi acı bir təəssüflə düşünürəm: Artıq bu payız onun üçün  gəlməyəcək...Kitabları masamın üstündə, qeydlərim vərəqlərdə, suallarım ürəyimdə qaldı...

1942-ci ildə Kürdəmirin sadə, zəhmətkeş mühitində dünyaya göz açan bir uşağın, illər sonra ölkənin ən mühüm məhkəmə instansiyalarının rəhbəri, SSRİ miqyasında tanınan "Ən yaxşı müstəntiq" fəxri adına layiq görülmüş bir peşəkar səviyyəsinə yüksəlməsi təsadüfi deyil. Bu, fitri istedadın, sarsılmaz iradənin və ən əsası, ədalət hissinə olan mütləq sadiqliyin nəticəsidir. Kürdəmirdən başlayan bu yol, Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən, prokurorluq orqanlarında müstəntiqlikdən, Bakı şəhər prokurorunun birinci müavini, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri kimi yüksək və məsuliyyətli pillələrdən keçmişdir. İkram müəllim hara gedibsə, hansı vəzifəni icra edibsə, oraya qanunun aliliyini və insan amilinə hörməti gətirmişdir. Həmkarları arasında etalon hüquqşünas kimi tanınan İkram Kərimovu Dövlətimiz də layiqincə dəyərləndirib. Ümummilli Lider Heydər Əliyev İkram Kərimovun peşəkarlığını hər zaman dəyərləndirib, ona “Respublikanın Əməkdar hüquqşünası”  fəxri adına layiq görüb. Təqaüddə olmasına baxmayaraq İkram Kərimov xalqın və Dövlətin  hörmət və ehtiramını qazanan şəxsiyyət kimi diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram Heydər oğlu Kərimov “Şöhrət”  ordeni ilə təltif edilmişdir.  

Keçdiyi həyat yolunu sətir-sətir, vərəq-vərəq oxuduqca əmin olursan ki, İkram Kərimov vəzifəni heç vaxt bir imtiyaz, bir hökmranlıq vasitəsi kimi görməyib; onun üçün vəzifə xalqa, dövlətə və ədalətə xidmət etmək üçün verilmiş müqəddəs bir sınaq meydanı olub. 2013-2025-ci illəri əhatə edən təqaüd dövründə də onun enerjisinin, cəmiyyət üçün faydalı olmaq istəyinin zərrə qədər də azalmaması məhz bu fəlsəfədən qaynaqlanır. Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı kimi fəaliyyətləri onun hələ də cəmiyyətin mənəvi və hüquqi dayağı olaraq qaldığını sübut edir.  İkram Kərimov təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da Azərbaycan hüquq elmini və təcrübəsini layiqincə təmsil etmiş bir simadır. Onun "Böyük Turan" ordeni, "Beynəlxalq Qızıl Ulduz" medalı, Hannover Avropa Elmlər Akademiyasının yüksək mükafatları ilə təltif edilməsi, Türk Dünyasının "Fəxri Ziyalısı" adına layiq görülməsi onun qlobal miqyasda qəbul olunan nüfuzunun bariz göstəricisidir. Lakin onun üçün bəlkə də ən böyük mükafat — yetişdirdiyi tələbələrin, hüquq müdafiəçilərinin onun yolunu davam etdirməsi, adının təmizlik və dürüstlük simvoluna çevrilməsidir.

Zirvədən zirvəyə addımlayan müdrik bir insanın o məqamdan görünən ömrünü  varaqlamaq, sətir-sətir oxyub örnək almaq,  nəticə çıxarmaq və onu minnətdarlıqla xatırlamaq biz və bizdən sonrakı nəslin boynunun borcu olsun...

Heyif, çox heyif! Cənnətə sakin ol, Örnək adam! Ruhun şad, məzarın nurlu olsun, KİŞİ adam!

Yaqut Bahadurqızı
Yazıçı- publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri