Icma.az
close
up
RU
Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa, minilliklərin sirlərini özündə daşıyan arxeoloji tapıntıları ilə bəşər tarixini işıqlandıran ən mühüm mərkəzlərdən biridir. Burada yerləşən “Taş Tepeler” (Daş Təpələr) bölgəsi — Göbəklitəpə və Karahantəpə kimi dünyanın ən qədim Neolit yaşayış məskənlərini özündə birləşdirir. Bu unikal tapıntılar sayəsində insanlıq tarixinin başlanğıcına dair baxışımız tamamilə dəyişir.
Payızın sərin və mülayim havası isə bu qədim mədəniyyət beşiyini ziyarət etmək üçün ən ideal vaxtdır. Gəlin, “Daş Təpələr”də son illərin ən diqqətəlayiq kəşflərinə birlikdə nəzər salaq.
Regionun parlayan ulduzlarından biri olan Karahantəpə bu il yenidən dünya arxeologiyasının diqqət mərkəzinə çevrilib. Son qazıntılar zamanı burada insan üzü təsvir edilmiş T formalı sütun aşkar olunub — bu, Neolit dövründə insan fiqurunun ən erkən və birbaşa təsvirlərindən biridir.
Newscenter.az xəbər verir ki. indiyədək Göbəklitəpədə tapılan T formalı sütunlarda yalnız qollar və əllər oyulmuşdu. Bu yeni tapıntı isə insanın üz ifadəsini daşa köçürməsi baxımından tarixdə ilk nümunə sayılır. Sütunun yuxarı hissəsində işlənmiş üz təsviri — iti xətlər, dərin göz oyuqları və enli, yastı burun — Karahantəpədə tapılmış digər insan heykəllərinin üslubuna bənzəyir və o dövrün estetik düşüncəsini əks etdirir.
Bu ilin əvvəlində Karahantəpədə daha bir unikal artefakt tapılıb — dünyanın ən qədim üçölçülü mifoloji kompozisiyası. Arxeoloqlar qırmızı torpaqla örtülmüş, müəyyən ardıcıllıqla düzülmüş obyektlər aşkar ediblər. Bu tapıntı bir növ üçölçülü hekayə kimi insanın mifoloji təfəkkürünü əks etdirir və “Neolit dövrünün əsrin kəşfi” adlandırılır.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitəpə, insanlıq tarixini dəyişdirən ən mühüm arxeoloji məkanlardan biridir. Burada tapılan nəhəng T formalı sütunlar, natural ölçülü, boyalı vəhşi donuz heykəli və divar içərisində yerləşdirilmiş insan fiquru qədim insanların inanc dünyasından xəbər verir.
Bu məkanı ziyarət etmək, sanki on min illər əvvələ — insanın ilk yaradıcı addımlarına səyahət etmək kimidir. Elə buna görə də, hər il yüz minlərlə turist buraya axışır. Yalnız bu ilin ilk səkkiz ayında Göbəklitəpə 497 mindən çox ziyarətçi qəbul edib və Türkiyənin ən çox maraq doğuran arxeoloji məkanlarından birinə çevrilib.
Neolit dövrü irsini dərindən anlamaq istəyənlər üçün Şanlıurfa Muzeyi ideal dayanacaqdır. Türkiyənin ən böyük muzey kompleksi olan bu mərkəz, qədim dövrlərdən bu günə qədər insanlıq tarixinin ardıcıl izlərini təqdim edir. Muzeyin yanında yerləşən Haleplibahçe Mozaika Muzeyi isə yerində qorunaraq nümayiş etdirilən nadir mozaikaları ilə diqqət çəkir.
“Açıq səma altında muzey” adlanan Şanlıurfa yalnız Neolit irsi ilə deyil, həm də zəngin mədəni irsi ilə seçilir. Balıqligöl, Harranın qübbəli evləri, qədim məscidlər və tarixi məhəllələr şəhəri sanki canlı tarix kitabına çevirir.
Şanlıurfa həm də Türkiyənin kulinariya paytaxtlarından biridir. Dadlı kabablar, lahmacun, məşhur çiy köftə və şəhərin simvoluna çevrilmiş quzu ciyəri səhər yeməyi — hər biri səyahətinizi unudulmaz zövqə çevirəcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Daş Təpələr” layihəsi çərçivəsində 2025-ci ilin qazıntı mövsümü bölgədəki on arxeoloji sahədə davam edir. Buraya Göbəklitəpə, Karahantəpə, Sayburç, Sefertəpə, Harbetsuvan Təpəsi, Gürcü Təpə, Çaxmaq Təpə, Yeni Məhəllə və Söyüt Tarlası daxildir.
Bu ərazilərdə tapılan üçölçülü heykəllər, daş qablar, muncuqlar və simvolik relyeflər insan yaradıcılığının ilkin səhifələrini göz önünə sərir. Hər bir tapıntı — bəşər sivilizasiyasının doğuluşuna açılan pəncərədir.

Ruhiyyə Mehdiyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri