Icma.az
close
up
RU
Minilliklərin sirlərini daşıyan Şanlıurfada dünyanın ən qədim Neolit irsini bu payız aylarında kəşf edin

Minilliklərin sirlərini daşıyan Şanlıurfada dünyanın ən qədim Neolit irsini bu payız aylarında kəşf edin

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa, minilliklərin sirlərini özündə daşıyan arxeoloji tapıntıları ilə bəşər tarixini işıqlandıran ən mühüm mərkəzlərdən biridir. Burada yerləşən “Taş Tepeler” (Daş Təpələr) bölgəsi — Göbəklitəpə və Karahantəpə kimi dünyanın ən qədim Neolit yaşayış məskənlərini özündə birləşdirir. Bu unikal tapıntılar sayəsində insanlıq tarixinin başlanğıcına dair baxışımız tamamilə dəyişir.

Payızın sərin və mülayim havası isə bu qədim mədəniyyət beşiyini ziyarət etmək üçün ən ideal vaxtdır. Gəlin, “Daş Təpələr”də son illərin ən diqqətəlayiq kəşflərinə birlikdə nəzər salaq.

Regionun parlayan ulduzlarından biri olan Karahantəpə bu il yenidən dünya arxeologiyasının diqqət mərkəzinə çevrilib. Son qazıntılar zamanı burada insan üzü təsvir edilmiş T formalı sütun aşkar olunub — bu, Neolit dövründə insan fiqurunun ən erkən və birbaşa təsvirlərindən biridir.

İndiyədək Göbəklitəpədə tapılan T formalı sütunlarda yalnız qollar və əllər oyulmuşdu. Bu yeni tapıntı isə insanın üz ifadəsini daşa köçürməsi baxımından tarixdə ilk nümunə sayılır. Sütunun yuxarı hissəsində işlənmiş üz təsviri — iti xətlər, dərin göz oyuqları və enli, yastı burun — Karahantəpədə tapılmış digər insan heykəllərinin üslubuna bənzəyir və o dövrün estetik düşüncəsini əks etdirir.

Bu ilin əvvəlində Karahantəpədə daha bir unikal artefakt tapılıb — dünyanın ən qədim üçölçülü mifoloji kompozisiyası. Arxeoloqlar qırmızı torpaqla örtülmüş, müəyyən ardıcıllıqla düzülmüş obyektlər aşkar ediblər. Bu tapıntı bir növ üçölçülü hekayə kimi insanın mifoloji təfəkkürünü əks etdirir və “Neolit dövrünün əsrin kəşfi” adlandırılır.

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitəpə, insanlıq tarixini dəyişdirən ən mühüm arxeoloji məkanlardan biridir. Burada tapılan nəhəng T formalı sütunlar, natural ölçülü, boyalı vəhşi donuz heykəli və divar içərisində yerləşdirilmiş insan fiquru qədim insanların inanc dünyasından xəbər verir.

Bu məkanı ziyarət etmək, sanki on min illər əvvələ — insanın ilk yaradıcı addımlarına səyahət etmək kimidir. Elə buna görə də, hər il yüz minlərlə turist buraya axışır. Yalnız bu ilin ilk səkkiz ayında Göbəklitəpə 497 mindən çox ziyarətçi qəbul edib və Türkiyənin ən çox maraq doğuran arxeoloji məkanlarından birinə çevrilib.

Neolit dövrü irsini dərindən anlamaq istəyənlər üçün Şanlıurfa Muzeyi ideal dayanacaqdır. Türkiyənin ən böyük muzey kompleksi olan bu mərkəz, qədim dövrlərdən bu günə qədər insanlıq tarixinin ardıcıl izlərini təqdim edir. Muzeyin yanında yerləşən Haleplibahçe Mozaika Muzeyi isə yerində qorunaraq nümayiş etdirilən nadir mozaikaları ilə diqqət çəkir.

“Açıq səma altında muzey” adlanan Şanlıurfa yalnız Neolit irsi ilə deyil, həm də zəngin mədəni irsi ilə seçilir. Balıqligöl, Harranın qübbəli evləri, qədim məscidlər və tarixi məhəllələr şəhəri sanki canlı tarix kitabına çevirir.

Şanlıurfa həm də Türkiyənin kulinariya paytaxtlarından biridir. Dadlı kabablar, lahmacun, məşhur çiy köftə və şəhərin simvoluna çevrilmiş quzu ciyəri səhər yeməyi — hər biri səyahətinizi unudulmaz zövqə çevirəcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Daş Təpələr” layihəsi çərçivəsində 2025-ci ilin qazıntı mövsümü bölgədəki on arxeoloji sahədə davam edir. Buraya Göbəklitəpə, Karahantəpə, Sayburç, Sefertəpə, Harbetsuvan Təpəsi, Gürcü Təpə, Çaxmaq Təpə, Yeni Məhəllə və Söyüt Tarlası daxildir.

Bu ərazilərdə tapılan üçölçülü heykəllər, daş qablar, muncuqlar və simvolik relyeflər insan yaradıcılığının ilkin səhifələrini göz önünə sərir. Hər bir tapıntı bəşər sivilizasiyasının doğuluşuna açılan pəncərədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri