Icma.az
close
up
RU
Bu peşələri seçən qadınlar uşaqlara qəsdən aqressiv davranır?

Bu peşələri seçən qadınlar uşaqlara qəsdən aqressiv davranır?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Uşaqlarla işləyəcək şəxslərin işə qəbul prosesi sadəcə təhsil və təcrübə meyarları ilə məhdudlaşmamalıdır. Onların psixoloji vəziyyəti, uşaqlara münasibəti, uşaqla ünsiyyət və işləmək bacarıqları xüsusi olaraq qiymətləndirilməlidir. Bu meyarlar nəzərə alınmadan həyata keçirilən işə qəbul prosesi gələcəkdə ciddi problemlərə yol aça bilər".

Bunu "Yeni Sabah"a “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O, Lənkəran şəhərindəki uşaq bağçasında azyaşlıya qarşı tətbiq edilən şiddətə münasibətində açıqlayıb.

M. Zeynalova qeyd edib ki, elə sahələr var ki, həmin sahədə çalışanlar emosional tükənmə sindromu (burnout) ilə üzləşirlər:

"Əgər bu şəxslər özləri psixoloji gərginlik içindədirsə və ya uşaqlara qarşı yanlış yanaşma formaları varsa, bu, təkcə fərdi deyil, həm də sistemli fəsadlara səbəb ola bilər. Buna görə də müvafiq sahələr üzrə mütəxəssislərin iştirakı ilə psixoloji testlər, müsahibələr, real ssenarilərin canlandırıldığı müşahidələr aparılmalıdır”.

Ekspert əlavə edib: “Xüsusilə müəllimlər, uşaq bağçalarında çalışan tərbiyəçilər, sosial işçilər, psixoloqlar və digər humanitar peşə sahibləri bu qruplara daxildir. Onlar gün ərzində müxtəlif insanlarla, o cümlədən emosional ehtiyacları olan uşaqlarla işləyirlər. Bu isə zamanla psixoloji yorğunluq və həssaslıq yarada bilər. Belə halların qarşısını almaq və mühitin sağlam şəkildə davam etməsini təmin etmək üçün stimullaşdırıcı tədbirlər, mütəmadi psixoloji diaqnostikalar, psixoloji dəstək proqramları, qrupla terapiyalar və maarifləndirici seminarlar təşkil edilməlidir.

Digər bir mühüm məqam isə təhsil sistemindəki sosial stereotiplərlə bağlıdır. Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, qadın yalnız müəyyən sahələrdə işləməlidir, məsələn, uşaq bağçaları qadınlar üçün daha münasib hesab olunur, çünki "orada kişi mühiti yoxdur, daha sakit və rahatdır". Bu cür yanaşmalar həm peşə seçimində gender ayrı-seçkiliyinə, həm də şəxslərin potensiallarının dəyərləndirilməməsinə səbəb olur. Halbuki əsas meyar şəxsin həmin sahəyə olan münasibəti, peşəyə yanaşması, niyə bu peşəni seçdiyini nə dərəcədə əsaslandırdığı və özünü bu işə nə qədər uyğun hesab etdiyi olmalıdır”.

M.Zeynalova vurğulayıb ki, uşaqlarla işləyən bir şəxsin işdən çıxarılması hallarında da yanaşma diqqətli və obyektiv olmalıdır:

“Təbii ki, zorakılıq qəbuledilməzdir və bu cür hallara qarşı sərt mövqe tutulmalıdır. Lakin bəzən davranış pozuntularının səbəbləri daha dərin olur. Mümkündür ki, həmin şəxs özü də uzun müddət zorakılığa və ya psixoloji təzyiqə məruz qalıb və bu da onun aqressiv davranışlarına səbəb olub. Bu baxımdan, hər bir hal ətraflı araşdırılmalı, işçinin davranışı ilə yanaşı onun şəxsi və psixoloji vəziyyəti də nəzərdən keçirilməlidir. Sadəcə cəza mexanizmləri ilə yox, problemin kökünə enərək və profilaktik tədbirlər görərək həll yolları axtarılmalıdır”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri