Icma.az
close
up
RU
Bu pizza resepti əl əl gəzən bir xəzinədir

Bu pizza resepti əl əl gəzən bir xəzinədir

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kim deyib ki, ən yaxşı pizza yalnız restoranda olur? Öz əllərinizlə bişirdiyiniz pizzanı dadmamısınızsa, hələ "pizza" sözünün mənasını bilmirsiniz deməkdir!

Evdə hazırlanan pizza tamam fərqli olur: isti, ətirli, sevgi ilə hazırlanmış, öz seçiminizə uyğun xəmir və yalnız sizin zövqünüzə uyğun içliklə.

Lent.az bu resepti təqdim edir:

Bugünkü reseptimiz - hətta mətbəxlə arası olmayanların da uğurla hazırlaya biləcəyi sınanmış pizza reseptidir. Üstəlik, bonus olaraq, nadir rast gəlinən — pizzaxanalarda belə tapılmayan möhtəşəm bir içlik: “Dörd qitə”!

Variant 1 – Mayasız xəmir (ən tez hazırlanandır!)

Tərkibi

İlıq su – 50 millilitr

Un – 130 qram

Yumurta – 1 ədəd

Yağ (zeytun yağı daha uyğundur) – 1 çay qaşığı

Duz – 0.5 çay qaşığı

Hazırlanması

Suyu bədən temperaturunda isidin. Üzərinə yumurta, duz və yağı əlavə edib çəngəllə qarışdırın. Ələnmiş unu əlavə edin və əllə 15–20 dəqiqə (və ya mikserlə 10 dəqiqə) yumşaq, elastik xəmir yoğurun.

Xəmiri 10–15 dəqiqə "dincə qoyun". Nazik şəkildə yayaraq sous çəkin, içlik əlavə edin. Əvvəlcədən 180°C-də qızdırılmış sobada 15–20 dəqiqə bişirin.

Variant 2 – Mayalı xəmir (pizzaxana tərzi)

2 pizza üçün:

İlıq su – 200 millilitr

Quru maya – 1.5 çay qaşığı

Un – 300 qram

Bitki yağı – 2 xörək qaşığı

Şəkər – 1.5 çay qaşığı

Duz – bir çimdik

Hazırlanması

Mayanı və şəkəri ilıq suda həll edin. 10 dəqiqə gözləyin (maya köpüklənsin). Duz və yağı əlavə edin, unu hissə-hissə qarışdırın. Yumşaq, elastik xəmir alınana qədər yoğurun (təxminən 20 dəq).

Xəmiri 1 saat isti yerdə saxlayın. Həcmini itirmədən yoğurub 2 yerə bölün və yayın. Üzərinə sous və içlik əlavə edib 180°C-də əvvəlcədən isidilmiş sobada 5–7 dəq bişirin.

İçlik-sensasiya: “Dörd qitə”

Avropa, Asiya, Amerika və Şərqin dadlarının birləşdiyi bu qarışım həm qeyri-adi, həm də ləzzətli və ətirlidir.

Tərkibi

Pomidor sousu – 4 xörək qaşığı

Bərk pendir (çedder, mozzarella və ya sulquni) – 150 qram

Şampinyon göbələyi – 100 qram

Qril və ya hisə verilmiş toyuq əti – 100 qram

Konserv ananas – 50 qram

Qurudulmuş və ya yağda marinad olunmuş pomidor – 3–4 ədəd

Qırmızı soğan – yarım baş

Reyhan və ya cəfəri – zövqə görə

Qara istiot, oregano – bir çimdik

Hazırlanması

Xəmirin üzərinə pomidor sousu çəkin, üzərinə istiot və oregano səpin. Rəndələnmiş pendiri yayaraq əsas qat kimi istifadə edin. Sonra təbəqə-təbəqə: toyuq, yüngülcə qızardılmış göbələk, ananas, pomidor, soğan halqaları. İstəyinizə görə acı sous da əlavə edə bilərsiniz. 180°C-də 15 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə təzə göyərti səpin.

Nəticə

Xəmir – xırt-xırt, amma içi yumşaq. İçlik – ananasın yüngül şirinliyi, göbələyin şirəliliyi, pendirin əriyən toxuması və ədviyyatların aromatik acılığı ilə tam bir qastronomik səyahət hissi yaşadır. Hər dilim - sanki bir qitənin dadını kəşf edirmiş kimi.

Nuş olsun!
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri