Icma.az
close
up
RU
Kitabları əl əl gəzən Şəmistan Nəzirli

Kitabları əl əl gəzən Şəmistan Nəzirli

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onu nəvazişlə “jurnalistikamızın generalı” adlandırırlar

Yazdıqlarının sevə-sevə oxunması nəinki hər jurnalistə, heç hər yazıçıya da nəsib olan xoşbəxtlik deyil. İnamla deyə bilərik ki, ağsaqqal yazıçı-publisist Şəmistan Nəzirli məhz belə qələm sahiblərindəndir. Ömrünün 83-cü ilində də söz meydanında cövlanını davam etdirir.

...Şəmistan Əmiraslan oğlu Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Əslən qazaxlıdır. Burada kənd məktəbinin 8-ci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçüblər. Dəvəçi şəhərində (indiki Şabran) orta məktəbi bitirib. 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olub. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə APİ-nin çoxtirajlı qəzetində ədəbi işçi kimi başlayan Şəmistan Nəzirli 1973–1991-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri olub.

Artıq 70 ilə yaxındır ki, Şəmistan Nəzirli dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi uzun illər onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusu olub. Tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı 1984-cü ildə “Azərnəşr” tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılıb və böyük maraqla qarşılanıb.

Mən illər əvvəl Şəmistan müəllimin əl-əl gəzən “Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü”, “Qəribə talelər”, “Əfsanəvi Mixaylo” kitabları ilə tanış olmuşam. Daha sonralar “Qoridən gələn qatar”, “Qacarlar”, “Cümhuriyyət generalları” kimi gözəl bədii-sənədli publisistika nümunələrini oxuyub, dönə-dönə mötəbər mənbə kimi istinad etmişəm.

Heç vaxt unutmaram ki, 80-ci illərin axırlarında ştatdankənar müxbir kimi həmin redaksiya ilə əməkdaşlıq edərkən mərhum Babək Hüseynoğlu və Şəmistan Nəzirli ilə sıx yaradıcılıq ünsiyyətində olum. Sadə, səmimi münasibəti, xoş həsb-halı ilə könlümdə özünə yer tuitub. Biz – nisbətən gənc nəslin nümayəndələri daha çox hərb tarixinin yorulmaz araşdırmaçısı kimi tanınan Şəmistan müəllimdən bu sahədə çox şey öyrənmişik. Generallarımız haqqında yazdığı oçerklərinə görə qələm dostları onu zarafatla “Jurnalistikamızın generalı” deyə çağırırlar.

Dünən ahıl jurnalistə zəng edib hal-əhval tutdum. Xatirələrin “köz”ünü qarışdırıb xeyli maraqlı söhbət elədi. Onu da dedi ki, xatirimdədir, 1991-ci ildə “Gənclik” nəşriyyatında “Azərbaycan generalları” adlı kitabım çap olunanda sən ona yaxşı bir resenziya yazmışdın. Dedim, sağ ol ki, yadında saxlamısan. Sənin kitablarının çoxunu oxuyub, uğurlu axtarışlarına, dəyərli tapıntılarına həmişə sevinmişəm.

Şəmistan Nəzirli müstəqillik illərində Azərbaycan Dövlət Ensiklopediyasında “Xatirə” redaksiyasının şöbə müdiri, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri, Hərbi Elmi Mərkəzində baş elmi işçi işləyib. Yenidən dövlət televiziyasına qayıdaraq 1996–1998-ci illərdə “Hərbi proqramlar və salnamə” baş redaksiyasına rəhbərlik edib. “Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin 1-ci dərəcəli mükafatına, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “General Həzi Aslanov” və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına layiq görülüb. “ General Cəmşid Naxçıvanski”, “General Əliağa Şıxlıniski”, “Topoqraf general İbrahim ağa Vəkilov”, “Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, “Krım dəftəri”, “1920-ci il Qarabağ döyüşləri” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, real faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını əks etdirib.

Bütün bunlar dostlarının onu general adlandırmasına haqq qazandıran faktlardır. Özünün rəsmən layiq görüldüyü rütbə isə polkovnik-leytenantdır. Elə bir kitabı da həmrütbəsi – Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov haqqındadır. Onun məhəbbətlə söz açdığı gənc Fərrux ağa 1916-cı il sentyabrın 12-də alman-rus döyüşlərinin qızğın anında Vilnüs istiqamətində Fərrux ağa Qayıbov “İlya Muromets-16” təyyarəsinin heyətində səma döyüşlərinə atılaraq qəhrəmanlıq tariximizə yeni cəsurluq səhifəsi yazıb. Qəfil hücuma məruz qalan uçuş heyəti düşmənin 4 qırıcı təyyarəsi ilə mərdanə döyüşə girərək onların 3-nü sıradan çıxarıb, almanları xeyli sayda canlı qüvvə və texnika itkisinə məruz qoyub. Təəssüf ki “İlya Muromets-16” axırda vurularaq yerə düşüb. Çətin döyüş tapşırığını yerinə yetirən təyyarənin bütün heyəti qəhrəmancasına həlak olub. Şəmistan müəllimin kitabda verdiyi belə bir fakt da maraqlıdır ki, cəsur Fərruxgilə almanlar hörmətlə yanaşaraq, heyəti yüksək ehtiramla dəfn ediblər... Fərrux ağanın çətin döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə müxtəlif ordenlərlə mükafatlandırılması ilə bağlı qeyd edilən faktlar oxucunun qəlbini qürur hissi ilə doldurur.

Bütün araşdırmalarında mütləq dəqiqliyə nail olmaq istyəyən Şəmistan müəllim qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir hərbi mütəxəssislərdən olan, Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilən yeganə azərbaycanlı, ötən əsrin əvvəllərində hərbi mütəxəssislərin çox yüksək qiymətləndirdikləri “Şıxlinski üçbucağı” təliminin Rusiya, Fransa, Avstriya, Norveç, İsveçrə və digər qabaqcıl ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunduğu general Əliağa Şıxlinskinin doğum tarixini də əsl həqiqətdə olduğu kimi müəyyənləşdirə bilib. Əsaslı faktlarla sübut edib ki, Şıxlinski 1863-cü ildə deyil, 1965-ci ildə anadan olub.

Ş.Nəzirlinin bəziləri dəfələrlə nəşr olunan bütün kitabları gənclərin milli döyüş tariximiz barədə məlumatlandırılmasında və vətənpərvər ruhda tərbiyə olunmasında beləcə muhüm rol oynayır. Təqaüdə çıxandan sonra hərbçilərin veteran təşkilatında ictimai fəaliyyətini davam etdirən fədakar soydaşımız gününün xeyli hissəsini yenə arxiv və kitabxanalarda keçirir, müstəqil araşdırmaçı kimi axtarışlarını davam etdirir.

Şəmistan müəllimin bir arzusu da “Nüfuzlu nəsillər tarixindən...” kitabını nəşr etdirmək idi. Şükür ki, buna da nail olub. Bizimlə dünənki söhbətində isə hələlik sonuncu – 44-cü olan “Üç general – üç tale” kitabının artıq hazır üzqabığını göstərərək, qəhrəmanlarının tale oxşarlıqlarından bəhs etdiyini bildirdi. Onu da deyək ki, Şəmistan Nəzirli xeyli vaxtdır ki, növbəti kitabı – görkəmli siyasi-hərbi xadim, Qarabağ xanlığının hakimi İbrahimxəlil xan və onun baş vəziri, şair Molla Pənah Vaqif haqqında tarixi roman üzərində işləyir. Bu əsərində bəzi ədəbi nümunələrdə İbrahimxəlil xanın təhrif edilmiş xarakter cizgilərinə işıq salır. Müəllif romanda xanın şairə atalıq münasibəti göstərmiş olduğunu faktlarla əsaslandırır.

Xalq yazıçısı İsmayıl Şıxlı Şəmistan Nəzirlinin Səməd Vurğun haqqında əsərlərini “Bizim şairin dolaşdığı diyarları qarış-qarış gəzib, onun əfsanəvi hekayətlərini toplayıb əbədiləşdirmək” kimi dəyərləndirib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli onu “Mənəvi mədəniyyətimizin, elm və tariximizin canlı heykəli” adlandıraraq qeyd edib ki, Şəmistan Nəzirli tədqiqatçılar üçün örnəkdir. Mərhum jurnalistika professoru Tofiq Rüstəmov deyib: “Belə yaradıcılığı cəsarətlə elmi-publisistik yaradıcılıq, elm də adlandırmaq olar”.

Bu isə Əməkdar jurnalist Əflatun Amaşovun fikridir: “Azərbaycanın tanınmış qələm sahibi Şəmistan Nəzirli müasir və keçmiş hərb tariximizi sevgi ilə öyrənən və təbliğ edən dəyərli tədqiqatçı və nasir, keçmişimizə əsaslanaraq indiki dövrümüzün qəhrəmanlıq və vətənpərvərlik salnaməsinə rəng qatan, ümumən tarixi şəxsiyyətlərə və proseslərə xüsusi yanaşması olan istedadlı jurnalist və publisistdir”.

Onun haqqında yazılmış “Şəmistan Nəzirli: Tədqiqatçı ömründən səhfələr” kitabının üz qabığında belə misralar var:

Hələ axtar, ara, arxivlər dolaş,
Məlum fədaisən xalqına, qardaş...

Müəllifinin Qazax mahalının ziyalısı, şair Alim Aslanoğlu olduğu bu misralar da Şəmistan Nəzirlinin ömür yolunun yığcam poetik təsviri kimi diqqət çəkir.

Bu gün “Qazax” Xeyriyyə Cəmiyyətinin üzvləri toplaşaraq, Prezidentin fərdi təqaüdçüsü Şəmistan Nəzirlini – çağdaş Azərbaycan tədqiqat jurnalistikasının görkəmli nümayəndəsi, vətənsevər yazıçı-publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, Xalq Cümhuriyyəti və milli hərb tariximizin, milli-mənəvi dəyərlərimizin yorulmaz araşdırmaçısını növbəti doğum günü münasibətilə təbrik edəcək, ona ən xoş arzularını bildirəcəklər.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see323

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see310

Livitt istefa verdi

13 Avqust 2026 00:16see249

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see235

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see189

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see187

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see176

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see173

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see171

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see169

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see167

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see165

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

12 Avqust 2026 21:21see165

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see165

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see162

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see162

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see161

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see159

100 yaşa qədər yaşamaq üçün qidalanma qaydasını AÇIQLANDI

12 Avqust 2026 22:17see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri