“Bu prosesin üstünlüklərindən biri Xəzər dənizində duzluluq səviyyəsinin okeanlarla müqayisədə xeyli aşağı olmasıdır”
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas prioritetlərdəndir. Bu barədə 12 yanvar tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə geniş müzakirələr aparılıb. Müşavirədə bölgənin mövcud su problemləri, onların aradan qaldırılması yolları, su təhlükəsizliyi və iqlim dəyişikliyinin yaratdığı risklər ətrafında fikir mübadiləsi aparılıb, sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti vurğulanıb.
Qlobal iqlim dəyişikliyi Azərbaycanda su ehtiyatlarına necə təsir göstərir və bu risklərin qarşısını almaq üçün hansı ekoloji tədbirlər görülməlidir? Xəzər dənizindən suyun duzsuzlaşdırılması ekosistemə hansı təsirləri göstərə bilər?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Sadiq Həsənov bildirib ki, yerüstü su ehtiyatlarımızın təxminən 70%-i qonşu ölkələrdən daxil olur: “Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkədir. Yerüstü su ehtiyatlarımızın təxminən 70%-i qonşu ölkələr - Gürcüstan və Ermənistan ərazisində formalaşaraq ölkəmizə daxil olur. Bu səbəbdən su qıtlığı və çatışmazlığı xüsusilə yay aylarında, kənd təsərrüfatında suya tələbatın artdığı dövrdə daha da kəskinləşir. Xüsusilə Kür-Araz ovalığında bu problem hər il yay mövsümündə özünü göstərir.
Qlobal iqlim dəyişikliyi, istixana effekti yaradan qazların artması və digər ekoloji faktorlar nəticəsində su ehtiyatlarımızda azalma müşahidə olunur. Rəsmi məlumatlara görə, təxminən 2010-cu ildən bəri ölkənin su ehtiyatları 10-15% azalıb. Bu vəziyyət bizi su ehtiyatlarından daha qənaətlə istifadə etməyə və alternativ mənbələr axtarmağa vadar edir.
Azərbaycan hökuməti bu istiqamətdə bir sıra tədbirlər planlaşdırır. Son dövrlərdə ölkə prezidentinin sədrliyi ilə keçirilən müşavirədə su ehtiyatlarının səmərəli istifadəsi geniş müzakirə olunub və mühüm qərarlar qəbul edilib. Bu qərarlar su itkilərinin azaldılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqini əhatə edir.
Bu sahədə görülən işlər həm mövcud problemlərin həllinə, həm də gələcək üçün dayanıqlı su idarəçiliyinin təmin olunmasına yönəlib və təqdirəlayiqdir”.
Sadiq Həsənov
Sadiq Həsənov qeyd edib ki, Xəzər dənizinin duzlu suyunun təmizlənərək istifadəsi ölkənin su ehtiyatlarına əlavə dəstək verir: “Azərbaycanın Xəzər kimi böyük bir dənizə çıxışı var və bu, ölkənin su təhlükəsizliyi baxımından mühüm üstünlükdür. Bu istiqamətdə 2026-2035-ci illəri əhatə edən fəaliyyət proqramı çərçivəsində zavodun tikilməsi və müasir texnologiyaların tətbiqi təqdirəlayiq addımdır.
Dəniz və okean sularının duzsuzlaşdırılmasında əsasən membranlardan istifadə olunur. Bu membranlar tez-tez dəyişdirilməlidir, eyni zamanda utilizasiya olunmuş duz və digər tullantıların idarə olunması nəzərə alınsa yaxşı olar.
Qeyd etmək lazımdır ki, bu metod dünyada geniş yayılıb. Su qıtlığı ilə üzləşən Səudiyyə Ərəbistanı, digər ərəb ölkələri, İsrail, Avstraliya, Pakistan, Yaponiya və bir çox başqa ölkələr dəniz suyunun duzsuzlaşdırılmasından geniş istifadə edirlər.
Azərbaycan üçün bu prosesin üstünlüklərindən biri də Xəzər dənizinin duzluluq səviyyəsinin okeanlarla müqayisədə xeyli aşağı olmasıdır. Belə ki, okean sularında duzluluq orta hesabla 4,5% təşkil etdiyi halda, Xəzər dənizində bu göstərici cəmi 1-1,5% civarındadır”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















