Bu qanun layihəsi ölkəmizin maliyyə bazarlarını daha dinamik hala gətirəcək
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ölkəmizdə investisiya mühitinin inkişafı, real sektorun maliyyə mənbələrinə çıxışının genişləndirilməsi və digər vacib məqsədlər üçün "Kapital bazarları" haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu həm yazılarımda, həm də müsahibələrimdə dəfələrlə qeyd etmişdim".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu gün AMB 2025-ci ilin sonunadək "Kapital bazarları" haqqında qanun layihəsinin hökumətə təqdim ediləcəyini açıqlayıb:
"Hələlik qanun layihəsinin əhatə dairəsi və effektivliyi ilə bağlı konkret fikir bildirmək tezdir. Amma bir məsələ aydındır ki, heç olmayan qanundansa, təkmilləşməyə ehtiyacı olan bir qanun daha yaxşıdır. Çünki təcrübə göstərir ki, istənilən sahədə, hətta ən yaxşı hesab olunan qanunvericilik aktları belə zamanla dəyişən tələblərə uyğun olaraq yenilənməyə, təkmilləşdirilməyə ehtiyac duyur.
Ümid edirəm ki, bu qanun layihəsi ölkəmizin maliyyə bazarlarını daha dinamik, rəqabətli və investorlar üçün daha cəlbedici hala gətirəcək. Çünki, bu qanunun şəffaf tətbiq edildiyi ölkələrdə kapital bazarları alternativ maliyyələşmə imkanlarını genişləndirir, real sektor üçün yeni investisiya mənbələri yaradır və iqtisadi artımı stimullaşdırır.
Həmçinin bu qanun səffaflıq və hesabatlılığı gücləndirərsə, beynəlxalq iqtisadi inteqrasiyanı sürətlədirər. Nəticədə əsas məqsədə - BXİ cəlbediciliyinin yüksəlişinə nail olunar".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















