Bu qədər qəhvə içmək böyrək xəstəliyi riskini artırır
Azpost saytına istinadən Icma.az xəbər verir.
Yeni araşdırma göstərib ki, gündə üç və ya daha çox fincan qəhvə içmək, xüsusilə I dərəcəli arterial hipertoniyası olan insanlarda böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Tədqiqatda yüksək qan təzyiqindən əziyyət çəkən 18–45 yaş arasında 1180 nəfər iştirak edib. Alimlər iştirakçılarda böyrək funksiyasının pozulmasına işarə edən əlamətləri ətraflı şəkildə izləyiblər.
Araşdırma zamanı əsas diqqət CYP1A2 geninə yönəldilib. Bu gen orqanizmdə kofeinin parçalanmasına cavabdehdir. Məlum olub ki, iştirakçıların təxminən yarısında kofeinin daha yavaş metabolizə olunmasına səbəb olan gen variantı mövcuddur.
Nəticələr göstərib ki, kofeini yavaş parçalayaraq orqanizmdə daha uzun müddət saxlayan şəxslərdə gündə üç və ya daha çox fincan qəhvə qəbul edildikdə böyrək funksiyasının pozulması riski 2,7 dəfə artır.
Mütəxəssislərin sözlərinə görə, kofeinin orqanizmdə uzun müddət qalması böyrəklərə düşən yükü artırır və xüsusilə yüksək qan təzyiqi olan insanlarda onların fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.
Həkimlər bildirirlər ki, kofeinin ləng metabolizmi orqanizmdə stress səviyyəsini yüksəldir, arterial təzyiqi artırır və mayenin yığılmasına səbəb ola bilər. Bu amillər isə böyrəklərin sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər hipertoniyadan əziyyət çəkən şəxslərə qəhvə istehlakını məhdudlaşdırmağı, arterial təzyiqi mütəmadi nəzarətdə saxlamağı və böyrəklərin vəziyyətini vaxtaşırı yoxlatdırmağı tövsiyə edirlər.
Baxış sayı:163
Bu xəbər 04 Avqust 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















