Icma.az
close
up
RU
Bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdıracaq

Bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdıracaq

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sentyabr ayı ölkəmiz və xalqımız üçün uğurla başladı. Belə ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etdi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət əsasında, 1 sentyabr tarixindən etibarən ATƏT-in Minsk Prosesi, ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Fəaliyyətdə olan Sədrin Şəxsi Nümayəndəsinin, həmçinin Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyəti rəsmən dayandırıldı. Qərara əsasən, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul olunmuş bütün qərarlar qüvvədən düşmüş elan edilib.
Beləliklə, 1987-1988-ci illərdən başlayan və 44 günlük İkinci Qarabağ müharibəsindən, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatından sonra de-fakto başa çatan “Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” artıq de-yure də başa çatmış sayılır. Mənəv-siyasi cəhətdən iflasa uğramış Minsk qrupu, həmsədrlik institutu hüquqi baxımdan da tam olaraq tarixin arxivinə göndərildi. Bu isə o deməkdir ki, Azərbaycan hərb sahəsində əldə etdiyi uğurları beynəlxalq hüquq, diplomatiya sahəsində də davam etdirir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi həqiqətən də Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir.
Bununla da Ermənistanın revanşist qüvvələrinin və daşnak ideologiyasının daşıyıcısı olan dünya erməni lobbisinin son istinad imkanları da əllərindən çıxdı. Elə Paşinyan hökuməti də uzun bir müddət yanlış siyasət yürüdərək Minsk qrupunun ləğvini süni surətdə əngəlləyirdi. Lakin avqustun 8-də üçtərəfli formatda keçirilən Vaşinqton görüşündə əldə edilən razılaşmalardan sonra rəsmi İrəvan öz yanlış siyasətindən əl çəkdi və nəticədə ATƏT-in Minsk qrupunun rəsmi olaraq tam şəkildə ləğv edilməsinin önü açıldı. Nəticə də artıq göz qabağındadır. Minsk qrupunun ləğv edilməsi və beynəlxalq gündəmdən çıxması artıq danılmaz reallıqdır.
ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində həqiqətən də olduqca mühüm addımdır. Xalqımızın yaddaşında və ən yeni tariximizdə ermənipərəst təsisat kimi iz buraxmış Minsk qrupu məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi, hərbi və diplomatik səyləri nəticəsində arxivə qovuşdu.
Bildiyimiz kimi Cənab Prezident 44 günlük müharibədən sonra dəfələrlə Minsk Qrupunun ölü bir formata çevrildiyini bəyan etmiş və onun rəsmi surətdə ləğv edilməsi üçün Ermənistan hakimiyyətini bizimlə birgə addım atmağa çağırmışdı. Çünki İkinci Qarabağ müharibəsindən sonra belə bir uğursuz və bədnam qurumun hüquqi cəhətdən öz mövcudluğunu qoruyub saxlamasına heç bir zərurət yox idi. Ona görə də Azərbaycan rəhbərliyi hər fürsətdə bəyan edirdi ki, münaqişə artıq həll olunub, bu səbəbdən Minsk Qrupuna da heç bir ehtiyac qalmayıb. Rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik məqsədilə 1992-ci ildə yaradılmış Minsk qrupunun 30 ilə yaxın fəaliyyətinin heç bir nəticə vermədiyini və eləcə də 10 noyabr üçtərəfli bəyanatından sonra Cənubi Qafqazda yeni reallıqların yaranmasını əsas gətirərək bu qrupun ləğv edilməsinin vacibliyini davamlı şəkildə gündəmə gətirirdi.
Çünki Minsk qrupunun mövcudluğu Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirilməsinə yox, gərginliyin saxlanmasına, Ermənistanda revanşizmin baş qaldırmasına rəvac verirdi. Bu qrup münaqişədən əvvəlki dövrdə olduğu kimi münaqişədən sonra da destruktiv rol oynamağına davam edirdi. Bayden administrasiyası və Makron Fransası bir tərəfdən, Rusiya rəhbərliyi isə digər tərəfdən Minsk qrupu üzərindən manipulyasiyaları davam etdirirdilər. Ermənistan hakimiyyəti isə faktiki olaraq fəaliyyətsiz bir quruma çevrilən Minsk qrupundan manevr vasitəsi kimi istifadə edirdi. Beləliklə, Minsk qrupu öz tarixi missiyasının əksinə çıxış edən bir quruma çevrilmişdi.
Bəli, Minsk qrupu 1992-ci ildə yaradılarkən, o vaxt həm bu qrupun obyektiv fəaliyyət göstərəcəyinə, həm də müharibənin tezliklə dayandırılacağına həqiqətən də böyük ümidlər vardı. Hamımız gözləyirdik ki, həmsədrlər Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərmək, atəşkəs rejimini möhkəmləndirmək və "Qarabağ problemi"ni danışıqlar vasitəsilə həll etmək istiqamətində real addımlar atacaqlar. Lakin çox təəssüflər olsun ki, bütün bunlar baş vermədi. Minsk Qrupu Azərbaycan xalqının gözləntilərini doğrultmadı. Həmsədrlərin 30 ilə yaxın müddətdə bölgəyə təşkil edilən saysız-hesabsız turistik səfərləri və onların təklif etdikləri həll yolları ("Madrid prinsipləri", "Kazan prinsipləri", "Lavrov planı" və s.) münaqişənin həllinə yox, mənfur "status kvo"nun saxlanmasına, torpaqlarımızın işğal altında qalmasına və Azərbaycan xalqının isə işğal faktı ilə barışdırılmasına xidmət edirdi.
Lakin uzun illər ərzində danışıqlar prosesində iştirak edən və dünya güclərinin Qarabağla bağlı kirli oyunlar oynadıqlarını yaxşı bilən Prezident İlham Əliyev Minsk qrupunun vasitəsilə Ermənistanın işğalının leqallaşdırılmasına, legitimləşdirilməsinə imkan vermədi. Azərbaycan Ordusu Minsk qrupunun görməli olduğu işi öz üzərinə götürərək, 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsinə nail oldu. Bunun məntiqi nəticəsi olaraq Minsk qrupu isə üz qarasına və formal təsisata çevrildi. Minsk qrupu qlobal riyakarlığın və ədalətsizliyin simvolu idi. Bu gün Minsk Prosesinin bağlanması həm Qarabağla bağlı beynəlxalq hüquqa zidd uğursuz bir diplomatik yanaşmaya və "ikili standart"lar siyasətinə son qoyulduğunu göstərir, həm də Azərbaycanın beynəlxalq müstəvidə ədalətsizliklə mübarizəsinin bizim qələbəmizlə sonuclandığını təsdiqləyir. Ümid edirik ki, bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdıracaq, Cənubi Qafqazda təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri