Icma.az
close
up
RU
Bu qərar hicaba qarşı yönəlməyib Sabir Rüstəmxanlı

Bu qərar hicaba qarşı yönəlməyib Sabir Rüstəmxanlı

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur:

“Hələ bolşevik inqilabından əvvəl - Çar Rusiyası dövründə rus-tatar məktəblərində xüsusi şagird geyimləri vardı. Bütün şagirdlər həmin geyimlərdən istifadə edirdilər. Bu gün də dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, bəzilərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik”.

S.Rüstəmxanlı bildirib ki, vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında maddi və sosial fərqlərin nəzərə çarpmamasıdır:

“Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır”.

Xalq şairi öz məktəb illərini xatırladaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını da qeyd edib:

“Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik. Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır, onları gələcəkdə Vətəni qorumaq məsuliyyətinə hazırlayır”.

S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Buna görə də məktəbli formasının tətbiqini dini etiqad azadlığı ilə əlaqələndirərək başqa istiqamətdə təqdim etmək doğru deyil:

“Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.

O, Azərbaycanda dini dəyərlərə və baş örtüyünə münasibətin tarixən formalaşmış ənənələrə əsaslandığını bildirib:

“Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq. Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb”.

Xalq şairinin fikrincə, son illər hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var:

“Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.

S.Rüstəmxanlı onu da əlavə edib ki, məktəbdə geyimlə bağlı tələblərə ilk növbədə uşaqların birgə təhsil alması və sağlam münasibətlər qurması baxımından yanaşılmalıdır:

“Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Oktyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri