Icma.az
close
up
RU
Bu qərarı nə mən, nə də Qarabağ verir Yuri Vernidub

Bu qərarı nə mən, nə də Qarabağ verir Yuri Vernidub

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub jurnalistlərin sullarını cavablandırıb:

- Yeddi oyundan sonra ilk dəfə idi ki, komanda sizin rəhbərliyiniz altında məğlub olurdu. Bundan sonrakı dövrün daha çətin olacağını, enişə getmək təhlükəsini hiss edirsiz?

- Nə vaxtsa, bir məğlubiyyət olmalı idi. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik. hətta udmaq belə, mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildilər, biz isə edə bilmədik. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək.

- Ötən oyunda baş verən hakim qərarlarına görə, komandada oyuna köklənmək baxımından problem yaşanmışdı?

- İntensiv oyun getdi. O qədər qol epizodları yox idi. Amma oyunun özü intensiv keçdi. Bu mərhələni də keçməliyik. Uduzduq. Bunu da geridə qoymalı və yolumuza davam etməliyik. "Turan Tovuz" sadə komanda deyil. Ona görə 3-cü pillədədir. Biz onlardan heç nə də geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi.

- Heyətiniz qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərlidir?

- Dəfələrlə demişəm, buragələndən hansı heytə var idisə, o da qalıb. Nə kimisə göndərmişik, cəmi bir nəfər transfer etmişik. Hər şey də bu heyətlə davam edəcək.

- Bu gün hər iki cinah müdafiəçiləri yox idi. Bunun təsiri oldu?

- Ciddi bir şey olmadı. Ortiz zədə aldı və onu məcburiyyətdən dəyişdik. Bizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Bura oturmağa gəlməyiblər. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Yox. Onlar yaxşı oyunçulardır. İstəyim odur ki, hər oyundan sonra artırsınlar.

- Yəqin ki, "Neftçi"də də oruc tutanlar var. Bu məqam futbolçuların hazırlığına, rejiminə təsir edir?

- Bəli, həqiqətən də bunun təsiri var. Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalardır. Onların dini etiqadlarını pzomağa özümdə hüqüuq görmürəm. Bunun da öhdəsindən gələcəyik. "Turan Tovuz"da da belə bir şey var. Saat 8-də oyuna çıxmaz, 7-ə kimi oyemək yeməmək...

- Sevindirici haldır ki, siz bura gələndən "bu mənim yığdığım komanda deyik, zaman lazımdır" kimi ifadələr işlətmirsiz....

- Mənə qədər burada bir baş məqşçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub.

- "Neftçi" "Qarabağ"la təxirə salınmış matçın mayda keçirilməsinə necə reaksiya verəcəksiz? 

- Bu qərarı nə mən, nə də "Qarabağ" verir. Bildiyim qədərilə, PFL verir. Bizə nə vaxt deyilsə, oynamağa hazırıq. Bizə hansısa tarix deyilsə, öz təklifimizi deyəcəyik. Bildiyim qədərilə hər iki komanda tarixdə razılaşmalıdır. Sabha desələr, sabah oynayacağıq. Mənim üçün çox maraqlı oyundur. Güclü komandaya qarşı oynamaq maraqlıdır. "Turan Tovuz" çox güclü komandadır, 3-cü yerdədir. Futbolçulara dedim ki, özümüzü yoxlayaq ki, o mərhələyə gəlmək üçün nələr edək. Həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda qalib gəlməyə çalışacağıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Mart 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri