Icma.az
close
up
RU
Bu qida əlavələrinə pul xərcləməyin Mənasız dərmanlardır, xeyri yoxdur

Bu qida əlavələrinə pul xərcləməyin Mənasız dərmanlardır, xeyri yoxdur

Icma.az, Milli.az saytına istinadən bildirir.

Həkim bəzi populyar qida əlavələrinin faydasız olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Oderi danışıb. O, bir çox tanınmış bioloji aktiv əlavələrin (BAD) əslində heç bir real faydasının olmadığını deyib.

Mütəxəssisin sözlərinə görə son illər əlavələr bazarı dərman bazarından daha sürətlə böyüyür, lakin elmi tədqiqatlar onların əksəriyyətinin reklamda göstərildiyi kimi təsir etmədiyini sübut edir.

Oderi qeyd edib ki, alfa-lipo turşusu tez-tez orqanizmi "təmizləyən" və "maddələr mübadiləsini sürətləndirən" vasitə kimi təqdim olunur, lakin bu, doğru deyil. "Bu maddə insan bədənində təbii şəkildə sintez olunur və sağlam insanlarda çəkidə və ya maddələr mübadiləsində ciddi dəyişiklik yaratmır. Cüzi effekt yalnız diabetik nevropatiyadan əziyyət çəkən xəstələrdə müşahidə olunub" - deyə həkim bildirib.

Ekspert həmçinin kolagen əlavələrinin də gözlənilən nəticəni vermədiyini deyib. Onun sözlərinə görə, qəbul edilən kolagen mədə-bağırsaq sistemində parçalanaraq amin turşularına çevrilir və bədən bu amin turşularından müxtəlif zülallar sintez edir. "Orqanizm amin turşularının məhz kolagenə çevrilməli olduğunu bilmir. Müşahidə edilən azacıq effekt isə əsasən rasiondakı ümumi zülal miqdarının artması ilə bağlıdır" - deyə Oderi vurğulayıb.

O, koenzim Q10 əlavələrinin də sağlam insanlara təsir etmədiyini bildirib. "Sağlam insanlarda Q10 səviyyəsi normal olur, əlavə qəbul isə nə enerji, nə dözümlülük baxımından nəzərəçarpan dəyişiklik yaratmır. Bu maddə yalnız ürək çatışmazlığı olan xəstələrdə müalicənin bir hissəsi kimi faydalı ola bilər" - deyə mütəxəssis qeyd edib.

Oderi probiotiklər haqqında da danışaraq onların hər kəs üçün uyğun olmadığını bildirib. Onun sözlərinə görə, sağlam insanlarda probiotiklərin faydası elmi cəhətdən sübut edilməyib, nəzarətsiz qəbulu isə bağırsaq mikroflorasının balansını poza bilər.

Ekspert əlavə edib ki, selen, sink və biotin kimi mikroelementlər yalnız orqanizmdə real çatışmazlıq olduqda təsirli olur. "Tam və balanslı qidalanan insan üçün bu əlavələr sadəcə mənasız xərcləməyə çevrilir", - deyə o bildirib.

Həkim vurğulayıb ki, reklam çox vaxt elmdən daha inandırıcı görünür, çünki "detoks", "gəncləşmə" və "bərpa" kimi cəlbedici sözlərdən istifadə olunur. Halbuki sağlam qalmaq üçün əsas amillər dəyişməzdir: düzgün qidalanma, hərəkət, kifayət qədər yuxu və həkim məsləhəti.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri