Icma.az
close
up
RU
Pul xərcləməyin mənasız olduğu 5 sahə Milyarderdən tövsiyyə

Pul xərcləməyin mənasız olduğu 5 sahə Milyarderdən tövsiyyə

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı milyarder və investor İorren Baffet şəxsi maliyyə vərdişləri və sərmayə intizamı ilə tanınır. 

Qaynarinfo xəbər verir ki, "Newtraderu" nəşrinin yazdığına görə, o, insanların sərvət toplamasına mane olan maliyyə "tələləri” mövzusunda xəbərdarlıq edib. 

Baffet 5 əsas məsrəf sahəsini mənasız hesab edir və bunlardan uzaq durmağı tövsiyə edir.

1. Yeni avtomobillər

Baffetə görə, yeni avtomobil almaq ən yanlış maliyyə qərarlarından biridir. O bildirir ki, avtomobil sadəcə nəqliyyat vasitəsidir, status göstəricisi və ya sərmayə deyil.

Yeni və ikiillik avtomobil arasında ciddi qiymət fərqi olur, bu isə artıq xərclərə səbəb olur. Milyarder köhnə, lakin etibarlı avtomobillərə üstünlük verilməsini tövsiyə edir. Bu yanaşma sərmayə üçün daha çox maliyyə vəsaiti saxlayır.

2. Yüksək faizli kreditlə alış-veriş

Baffet yüksək faizli kredit kartlarını "maliyyə fəlakətinə yol" adlandırır. "Əgər mən 18-20 faizlə borc alsaydım, müflis olardım", deyə o qeyd edir.

Kredit kartları borc tələsinə düşməyə səbəb olur və sərvət toplamağa imkan vermir. O, əsasən nağd alış-veriş edir və ilk növbədə yüksək faizli borcların ödənilməsini zəruri sayır, çünki bu qənaət hər hansı riskli investisiyadan daha çox fayda gətirə bilər.

3. Qumar və lotereya biletləri: "Riyaziyyat bilməyənlərin vergisi"

Baffet dəfələrlə qumar və lotereya oyunlarını sərvət qazanmaq üçün yanlış üsul adlandırıb. Onun fikrincə, bu fəaliyyətlər əvvəldən oyunçuların ziyanına qurulur və yalnız təşkilatçıya qazanc gətirir. Hətta cüzi miqdarda, lakin mütəmadi xərclər uzunmüddətli perspektivdə böyük məbləğlərə çevrilə bilər, əgər həmin vəsaitlər investisiyaya yönəldilsəydi.

4. Böyük evlər

Baffet böyük evlərin avtomatik olaraq həyat keyfiyyətini artırdığını və ya yaxşı sərmayə olduğunu inkar edir. Onun sözlərinə görə, yaşayış sahəsi ehtiyaclara uyğun olmalı, artıq maliyyə yükü yaratmamalıdır. Böyük evlər kommunal xidmətlər, təmir, mebel və əmlak vergisi kimi xərcləri artırır.

5. Mürəkkəb investisiyalar: "Anlamadığınız sahəyə sərmayə qoymayın"

Baffet mürəkkəb maliyyə alətlərinə və dəb halını almış investisiya trendlərinə vəsait yönəltməyin riskli olduğunu bildirir. O, sadə və aydın investisiya strategiyasını dəstəkləyir: geniş bazar indeks fondlarının mütəmadi alınması. Bu metod əlavə bilik və daimi diqqət tələb etmədən diversifikasiya, aşağı xərc və bazar gəliri təmin edir.

Qeyd edək ki, Baffet daha əvvəl uğurlu və həqiqətən uğurlu insanlar arasındakı əsas fərqin "yox” deməyi bacarmaqla bağlı olduğunu vurğulamışdı.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri