Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumunda test verən şübhəlilərdən 16-sının nəticəsi bəlli olub.
Milli.Az xəbər verir ki, ekspertiza rəyinə əsasən, Deniz Sözen, Ufuk Gündoğdu və Mehmet Cam Karcının narkotik testi pozitiv çıxıb. Özcan Deniz, Deniz Çakır və Burcu Özberk də daxil olmaqla 12 nəfərin (Muammer Kapucuoğlu, Pınar Bent, İbrahim Yılmaz, Cem Güler, İlknur Şahin, Işıl Işık Demet, Özden Cerrahoğlu, Ceylan Kaya və Burhan Karaca) testi neqativ nəticələnib. Model Cansu Taşkından götürülən nümunələrdə isə "kodein" maddəsi aşkarlanıb.
Noyabrın 24-də "fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, təmini, istifadəsi və saxlanması" ittihamları ilə keçirilən əməliyyatda ümumilikdə 24 nəfər saxlanılıb. Qan və saç nümunələri götürüldükdən sonra prokurorluğa aparılan şübhəlilərdən Ceylan Kaya həbs edilib, Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, Murat Ceylan, Murat Başoğlu və digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun 8 oktyabr 2025-ci ildən bəri tanınmış sənətçilər, aktyorlar, menecerlər və iş adamlarına qarşı apardığı əməliyyatlar çərçivəsində bir çox şəxs ifadə verib və bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Noyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















