Icma.az
close
up
RU
Bu qidalar və bu addımlar beynimizi MƏHV EDİR Dünya şöhrətli alimdən ARAŞDIRMA

Bu qidalar və bu addımlar beynimizi MƏHV EDİR Dünya şöhrətli alimdən ARAŞDIRMA

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Beynin təmiz, sağlam, yağsız yeməklərə ehtiyacı var.

Amma şirniyyatdan qəti surətdə imtina etməyin, heç olmasa özünüzə bal yeməyə icazə verin. Şokolad beynin xoşuna gəlir, ona su lazımdır, amma o, ən çox təbəssümü sevir".

Bu sözləri 50 ildən çox neyrocərrah işləyən dünya şöhrətli professor Vlad Siurea deyib. Cərrah beyin sağlamlığı haqqında maraqlı açıqlamalar verib.

Professor və təcrübəli həkim 10 ildir ki, Rumıniyada "Bagdasar-Arseni" təcili yardım xəstəxanasının müdiridir. Neyrocərrah təxminən 23,000 beyin əməliyyatı həyata keçirib. Onun ən kiçik xəstəsi cəmi iki günlük olub. Mütəxəssis iddia edir ki, beynin vəziyyəti bizdən asılıdır. Və çox az adam onu necə qorumaq və gücləndirmək lazım olduğunu bilir.

Həkimin sözlərinə görə, əgər bütün gün planşet və telefonda sosial şəbəkələrdə vaxt öldürürsünüzsə, gözləməyin ki, beyin buna görə sizə təşəkkür edəcək:

"İndi insanlar sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayır. Bu, düzgün deyil. İnsan qrup halında yaşamaq üçün yaradılıb. O, özünü ünsiyyətdən təcrid etməli deyil.

Səhərlər qeyri-sağlam qidalanmaq (və ya sadəcə yeməyə vaxt tapmayanda), maşında yemək və eyni zamanda telefonla danışmaq, siqaret çəkmək, spirtli içki içmək və daim stressli vəziyyətdə olmaq beyinə ağrı verir. Biz onu daim yükləyirik və bunun əvəzində ona heç nə vermirik.

Beyin sağlamlığı üçün ilk addımlar çox sadə və əlverişlidir. Bunun üçün yuxudan erkən oyanıb heç olmasa ibtidai məşqlər edin və otaq temperaturunda iki stəkan su için.

Səhər yuxudan mümkün qədər erkən oyanmaq, ilk növbədə pəncərələri açmaq və təmiz havanı udmaq olar. Və iki stəkan su haqqında unutmayın.

İlk stəkan mədə-bağırsaq traktının bütün işlərini normaya salacaq. İkinci stəkan da faydalıdır, çünki o, bütün "lokomotivi" hərəkətə gətirir. Sadə dillə desək, bizə oyanmağa kömək edir", - deyə neyrocərrah əlavə edib.

Yuxu zamanı beyin yatmır, o, daxili orqanları dəstəkləmək üçün səylə çalışır. Əgər insan beynində onu narahat edən məsələ ilə yuxuya gedir və onu necə həll edəcəyini bilmirsə, səhəri gün axtardığı suala cavab tapacaq:

"Ertəsi gün siz problemin həllini tapacaqsınız. Beləliklə, beyin düşüncə, qərar, yaddaş və səhər arasında əlaqə yaradaraq bir ideya tapır. Odur ki, yuxusuz gecələri unudun.

Beyin yağ, tütün məmulatları və spirtli içkiləri sevmir, amma qara şokoladı sevir. Siqaret daxili orqanlara olduğu kimi beyinə də eyni mənfi təsiri göstərir. Səhər yeməyinə yüngül və sağlam qidalar daxil olmalıdır.

Səhər yeməyini rahat bir atmosferdə hər tikədən zövq alaraq yemək lazımdır. Heç bir narahatlıq, səs-küy, problem və siqaret tüstüsü olmaz. Süfrə arxasında nə qədər rahat olsanız, sizin üçün bir o qədər xoş olacaq.

Səhərlər gün ərzində bədənin funksiyalarını səmərəli şəkildə yerinə yetirməsinə kömək edəcək və ona enerji verəcək elementlər qəbul etmək lazımdır. Bu çox vacibdir! ", - deyə Vlad Siurea qeyd edib.

Beyin piyi və əti sevmir!

Neyrocərrah deyib ki, əgər ətdən imtina edə bilmirsinzisə, onda ona qənaət etməyin və daha faydalısını alın. Həkim vurğulayıb ki, ətin beyinə heç bir faydası yoxdur. Ancaq az miqdarda ət bədənə kömək edir. Ən yaxşı ət aşağı kalorilidir. Hinduşka və balıq daha faydalıdır.

Beyin piyi və duzu sevmir. İldə bir-iki dəfə bayramlarda olar. Amma belə qidalara üstünlük vermək lazım deyil.

Bəs şirniyyatlar?

Onların heç də hamısı faydalı deyil, xüsusilə tərkibində çoxlu şəkər varsa.

"Tünd şokolad, isti təbii kakao və əsl bal beynin sevdiyi məhsullardır", - deyə neyrocərrah izah edib.

Nahar

"Nahar balanslaşdırılmış olmalıdır. Mədəni doldurmaq olmaz, həddi bilin. Üstəlik, şirin sulara yox, adi suya üstünlük verin.

Beynin maksimum aktivliyinin iki nöqtəsi var: 10.00-12.00 və 16.00-18.00 saatları arasında. Əgər yorulubsa, onu sadə qəhvə ilə (lakin yavaş-yavaş için) mükafatlandıra bilərsiniz".

Beynin ən yaxşı dostu təbəssümdür!

Həkim deyir ki, beynin ən yaxşı dostu bütün insanlar üçün "əlçatan" təbəssümdür. Bu, o deməkdir ki, gülüşünüzü heç kimdən əsirgəməyin. Hər yerdə və hamıya təbəssüm göstərin. Bu baxımdan kədəri vaxtından tərk etməyi, monotonluqdan uzaqlaşmağı və xırda şeylərə sevinməyi bacarmaq çox vacibdir.

Yaddaşı çalışdırmaq lazımdır!

Unutqanlıq artıq sadəcə yaşlı insanlarda deyil, həm də gənc yaşda özünü göstərir. Alzeymer xəstəliyinin qarşısını almaq üçün yaddaşı daim çalışdırmalısınız.

"Beyni məşq etdirmək, ünsiyyətə açıq olmaq - bütün bunlar çox vacibdir. Gəzin, dolaşın, yeni insanlarla tanış olun, sadəcə maraqlı olduğu üçün deyil, həm də sizə yeni nələrsə öyrədən film və seriallara baxın, tapmaca və bilməcə tapın, krossvordlar həll edin və ya şahmat oynayın.

Hərəkət beyin üçün də vacibdir. Əgər hərəkət ediriksə, deməli, yaşayırıq. Üç mühüm məqamı diqqətə alın. Bunlar: nitqi, hərəkət və məktubdur.

Çoxları musiqinin nə olduğunu və ondan zövq almağı unudub və daha pisi odur ki, onlar rəqs etmək istəmirlər. Araşdırmalarda sübut olunub ki, rəqs etmək alzeymer xəstəliyinin inkişafının qarşısını alır.

Yaxşı gecə yuxusu ən azı altı saat davam etməlidir. Yuxu beyni bütün zibil və tullantılardan təmizləyir. Yatağa saat 22:00-da girin, yatmazdan bir, hətta 2 saat əvvəl televizora baxmayın, qadjetlərdən istifadə etməyin. Bunun əvəzində kitab oxuyun. O, sizə istirahət bəxş edəcək.

Əgər bu məsləhətlərə əməl etsəniz, inanılmaz dəyişikliklər hiss edəcəksiniz! Bu tövsiyələrdə çətin bir şey yoxdur! Əsas onları ciddi qəbul edin və işə başlayın". (publika.az)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri