Icma.az
close
up
RU
“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” Foto

“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” Foto

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“3 və 4 yaşım olanda qolum 3 dəfə sınıb. O vaxtdan qolumda ciddi problemlər yaranıb, əmək qabiliyyətimi itirmişəm, işləyə bilmirəm. Əlilliklə bağlı müraciət etsəm də, rədd cavabı almışam”.

Bu iddia ilə “Qafqazinfo”ya Kürdəmir rayon sakini, 1977-ci il təvəllüdlü Abbasova Cəmalə Səftər qızı müraciət edib. 

O, ağrılarının daha da artdığını, bu vəziyyətdə işləyə bilmədiyini deyir: “Artıq 48 yaşım var, ağrılarım da çoxalıb. İşləyə də bilmirəm, həm səhhətim imkan vermir, həm də bu yaşda məni heç kim işə götürmür. Ailə başçısını itirmişəm, iki övladımla birlikdə kirayədə qalıram. Uşaqlarımdan biri də xəstədir. Heç olmasa, əlillik təyin olunsa, bəzi müalicə xərclərimi ödəyə bilərəm...”

C.Abbasova 2020-ci ildə əlillik təyinatı ilə bağlı müraciət etdiyini, lakin imtina aldığını deyir. 

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov saytımıza açıqlamasında bildirdi ki, həmin şəxslə bağlı Forma-88 sənədi sistemdə rəsmiləşdirilməyib: “C. Abbasovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 5 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni Forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, C. Abbasovanın əlilliklə bağlı müraciəti araşdırılıb: Araşdırmaya əsasən, vətəndaşın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 28.12.2020-ci il tarixdə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi rəsmiləşdirilmiş Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən imtina edilib. Səbəb kimi “Əlavə müalicəyə ehtiyacın olması - Əlilliyin təyini üçün müalicə müddəti yeterli deyil”. qeyd edilib.

Həmin qərardan sonra vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsinə heç bir müraciəti olmayıb. 

Vətəndaşla əlaqə saxlanılaraq bu il oktyabrın 8-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub, həkim-travmatoloq tərəfindən müayinə edilib. İxtisaslaşmış tibb müəssisəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunması üçün göndəriş təklif olunub. 

Vətəndaş müayinə olunduqdan sonra ona təyin olunmuş diaqnoz və ağırlaşmaları Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunmuş tibbi göstəriş siyahısında olduğu halda tibbi-sosial ekspertiza müayinəsinə göndərişi yenidən rəsmiləşdiriləcək”.

Gülnar Əliyeva




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri