Icma.az
close
up
RU
“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm…”

“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm…”

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“3 və 4 yaşım olanda qolum 3 dəfə sınıb. O vaxtdan qolumda ciddi problemlər yaranıb, əmək qabiliyyətimi itirmişəm, işləyə bilmirəm. Əlilliklə bağlı müraciət etsəm də, rədd cavabı almışam”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Kürdəmir rayon sakini, 1977-ci il təvəllüdlü Abbasova Cəmalə Səftər qızı müraciət edib.

O, ağrılarının daha da artdığını, bu vəziyyətdə işləyə bilmədiyini deyir: “Artıq 48 yaşım var, ağrılarım da çoxalıb. İşləyə də bilmirəm, həm səhhətim imkan vermir, həm də bu yaşda məni heç kim işə götürmür. Ailə başçısını itirmişəm, iki övladımla birlikdə kirayədə qalıram. Uşaqlarımdan biri də xəstədir. Heç olmasa, əlillik təyin olunsa, bəzi müalicə xərclərimi ödəyə bilərəm…”

C.Abbasova 2020-ci ildə əlillik təyinatı ilə bağlı müraciət etdiyini, lakin imtina aldığını deyir.

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov saytımıza açıqlamasında bildirdi ki, həmin şəxslə bağlı Forma-88 sənədi sistemdə rəsmiləşdirilməyib: “C. Abbasovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 5 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni Forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

Ətraflı

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, C. Abbasovanın əlilliklə bağlı müraciəti araşdırılıb: Araşdırmaya əsasən, vətəndaşın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 28.12.2020-ci il tarixdə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi rəsmiləşdirilmiş Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən imtina edilib. Səbəb kimi “Əlavə müalicəyə ehtiyacın olması – Əlilliyin təyini üçün müalicə müddəti yeterli deyil”. qeyd edilib.

Həmin qərardan sonra vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsinə heç bir müraciəti olmayıb.

Vətəndaşla əlaqə saxlanılaraq bu il oktyabrın 8-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub, həkim-travmatoloq tərəfindən müayinə edilib. İxtisaslaşmış tibb müəssisəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunması üçün göndəriş təklif olunub.

Vətəndaş müayinə olunduqdan sonra ona təyin olunmuş diaqnoz və ağırlaşmaları Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunmuş tibbi göstəriş siyahısında olduğu halda tibbi-sosial ekspertiza müayinəsinə göndərişi yenidən rəsmiləşdiriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri