Icma.az
close
up
RU
Bu quruma nəzarət gücləndirilsin Deputat

Bu quruma nəzarət gücləndirilsin Deputat

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq. Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olduğunu onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. “Halbuki bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir”, - deputat qeyd edib.

V.Bayramov əlavə edib ki, maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir: “Məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub. Göründüyü kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir.

Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.

Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir.

Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. 

Bütün bunlar ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövisyyə edərdik:
- Dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın;
- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəbə və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin;   
- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması sürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısını almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar.
- Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi daha sistemli şəkildə dəstəklənsin”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri