Laza kəndinin sakinlərinə ŞAD XƏBƏR: Yeni körpünün tikintisi yekunlaşdı FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Laza kəndində bir qrup kənd sakini ilə birlikdə tikintisi başa çatdırılaraq istifadəyə verilmiş körpü ilə yerində tanış olub.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə sözügedən körpünün inşası Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilib.
Kənd sakinləri körpünün tikintisinin onların gündəlik həyat şəraitini yaxşılaşdırdığını, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaratdığını qeyd edərək layihənin icrasına görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Baxış sayı:116
Bu xəbər 04 Dekabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















