Icma.az
close
up
RU
Bu qurumda 2 departament ləğv edildi

Bu qurumda 2 departament ləğv edildi

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Konservatoriyasında (AMK) 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Konservatoriyasından bildirilib.

Qeyd edilib ki, hazırda AMK-da iş fəaliyyətinin düzgün planlaşdırılması, əmək funksiyalarının təkrarlanmasının aradan qaldırılması və bununla da maksimum effektivliyə nail olunması, həmçinin tədris prosesinin təşkili və tədrisin keyfiyyətinə nəzarət mexanizmində davamlılıq və optimallığının təmin edilməsi məqsədilə struktur islahatları həyata keçirilir:

“Ştat vahidlərinin ixtisara salınması və optimal işçi sayının müəyyənləşdirilməsi maliyyə resurslarının düzgün bölüşdürülməsi və ondan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir”.

Struktur islahatları çərçivəsində AMK-da 5 əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi vurğulanıb.

Əlavə olaraq, mövcud normativlərə görə bir struktur vahidinin (şöbə, sektor, departament və s) yaradılması üçün tələb olunan minimum ştat sayı gözlənilmədən qanunsuz olaraq yaradılan 2 departament - Beynəlxalq Əlaqələr Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi mütəxəssis və 1 ştat vahidi inspektordan ibarət olmaqla) və İnsan Resursları Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi kadrlar üzrə mütəxəssisdən ibarət olmaqla) ləğv edilib.

Optimallaşma nəticəsində müvafiq departamentlərin vəzifə funksiyalarına aid olan məsələlər digər Şöbə və Mərkəzlərin funksiyalarına daxil edildiyi qeyd edilib. Həmçinin AMK-da tələbə sayının azlığını, tədris ili ərzində 2 dəfə (qış və yay sessiyaları) imtahanların təşkil edilməsini nəzərə alaraq, ayrıca fəaliyyət göstərən İmtahan Mərkəzi tədris ilinin digər dövrlərində hər hansı funksiya icra etmədiyinə görə, sözügedən Mərkəz də ləğv edilib. Mərkəzin funksiyaları Tədrisin təşkili və keyfiyyət təminatı şöbəsinə həvalə edilib.

Eyni zamanda bildirilib ki, struktur islahatları çərçivəsində ixtisara düşən ştat vahidlərində çalışan 7 əməkdaşa onların təhsil və iş təcrübələrinə uyğun olaraq, alternativ vəzifələr təklif edilmiş və nəticədə onlar digər vəzifəyə keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri