Bu rayonlarda yolların buz bağlamaq təhlükəsi var, polis tədbirlər görməyə başladı DİN dən açıqlama
Aznews.az-ə istinadən Icma.az xəbər verir Bu rayonlarda yolların buz bağlamaq təhlükəsi var, polis tədbirlər görməyə başladı DİN dən açıqlama.
Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlaşmanın yaranmaması üçün tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yollarda yüngül buzlaşma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.
"Hazırda polis əməkdaşları tərəfindən buzlaşmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.
Yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolda hərəkət zamanı ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur", -
DİN qeyd edib.
AzNews.az
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)