Icma.az
close
up
RU
Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR KONKRET

Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayonları, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərləri) 2024-2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsini əhatə edən analitik təhlili ciddi korrupsiya mexanizmlərini və maliyyə pozuntularını üzə çıxarıb.

“AzPolitika” Palatanın hesabatına istinadla xəbər verir ki, yoxlamalar zamanı ayrılan milyonlarla manat vəsait qeyri-şəffaf xərclənib, iş həcmləri şişirdilib, sənədlər əvvəlcədən deyil, işlər bitdikdən sonra saxtalaşdırılıb.

Qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa normalarına əməl olunmaması nəticəsində 14 icra hakimiyyəti üzrə ümumilikdə 1 078 610,9 manat məbləğində işlərin həcmi və dəyəri süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edilib. Aparılan araşdırmalar nəticəsində bu vəsait dövlət büdcəsinə tam bərpa etdirilib.

6 yerli icra hakimiyyəti tərəfindən isə həyata keçirilən 6 291 235,7 manatlıq təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib. Bu, tenderlərin formal xarakter daşıdığını və işlərə əslində satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir.

Bundan başqa, söküntü zamanı əldə olunan qiymətli tikinti materialları mədaxil edilməyib, podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmayıb. Eyni zamanda heç bir icazə olmadığı halda frezlənmə və söküntü materiallarının daşınması xərcləri qanunsuz olaraq smetalara salınıb.

Hesabatda qeyd olunur ki, yolların balansa götürülməməsi səbəbindən 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875,5 manat dəyərində yol aktivləri mühasibat uçotunda əks olunmayıb. Bu isə yerli icra hakimiyyətlərinin maliyyə hesabatlarını kobud şəkildə təhrif edib.

Sənəddə yer alan məlumatlara görə, podratçı şirkətlər tərəfindən icra təminatlarının gecikdirilməsinə və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə göz yumulub, cərimə mexanizmləri tətbiq edilməyib.

Hesablama Palatasının Kollegiyası aşkar edilən qanun pozuntuları və nöqsanlarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün zəruri sənədlərin aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul edib. Palata həmçinin yolların tikintisi və təmiri sahəsində pərakəndəliyin aradan qaldırılması üçün Dövlət İnvestisiya Proqramı çərçivəsində vahid mexanizmin tətbiqini təklif edib.

Hesablama Palatasının aşkarladığı bu pozuntuların hər biri cinayət işi açılmasını təmin edəcək hesabatdırmı?

Hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, cinayət işi açılması üçün kifayət qədər əsaslar var: “Hesablama Palatasının ortaya çıxardığı qeyd olunan pozuntuların hər biri barəsində hüquqi araşdırma aparılması və cinayət işi açılması üçün əsaslar ortadadır.

Dövlət vəsaitinin süni şəkildə şişirdilmiş iş həcmləri əsasında ödənilməsi, satınalma prosedurlarının formal xarakter daşıması və maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı faktlar cinayət-hüquqi qiymətləndirmə üçün ciddi əsaslar yarada bilər. Ona görə də bu işlə əlaqəli həbslərin də şahidi ola bilərik.

Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında yolların təmiri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntuları aşkarlaması bir sıra hüquqi və idarəetmə məsələlərini yenidən gündəmə gətirir. Burada əsas sual təkcə dövlət vəsaitinin hansı qaydada xərclənməsi deyil, həm də belə pozuntulara yol verən şəxslərin məsuliyyətə cəlb olunması mexanizmlərinin nə dərəcədə səmərəli işləməsidir.

Düzdür, Hesablama Palatasının audit zamanı aşkar etdiyi hər bir nöqsan cinayət məsuliyyəti üçün avtomatik əsas deyil. Bəzi hallarda söhbət mühasibat uçotunun düzgün aparılmamasından, satınalma və büdcə intizamının pozulmasından, yaxud vəzifə öhdəliklərinin lazımi səviyyədə yerinə yetirilməməsindən gedə bilər. Belə hallar intizam, inzibati və ya digər hüquqi məsuliyyət yarada bilər.

Lakin işlərin həcmi bilərəkdən şişirdilibsə, görülməyən işlər görülmüş kimi sənədləşdirilibsə, saxta aktlar tərtib olunubsa və bu üsulla dövlət vəsaiti qanunsuz əldə edilibsə, artıq cinayət əlamətlərinin olub-olmaması məsələsi ortaya çıxır. Belə faktlar, sübutlardan və şəxslərin rolundan asılı olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər müvafiq maddələri üzrə araşdırıla bilər. Bunun üçün konkret əməlin, təqsirin, mümkün ziyanın və həmin əməl ilə nəticə arasındakı əlaqənin qanunla tələb olunan qaydada müəyyənləşdirilməsi vacibdir”.

Bəs artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məsuliyyəti aradan qaldırırmı?

Hüquqşünas qeyd etdi ki, vəsaitin qaytarılması dövlətin maliyyə maraqlarının bərpası baxımından müsbət haldır. Lakin pulun geri ödənilməsi, əgər əməldə cinayət tərkibi olubsa, həmin əməli avtomatik olaraq hüquqa uyğun etmir və cinayət məsuliyyətini öz-özünə aradan qaldırmır: “Dövlətə vurulmuş ziyanın ödənilməsi ilə cinayət məsuliyyəti ayrı-ayrı məsələlərdir. Ziyanın könüllü ödənilməsi qanunvericilikdə nəzərdə tutulan hallarda məsuliyyətə və cəzaya təsir göstərə bilər. Ancaq bunun hüquqi nəticəsi konkret cinayətin xarakterindən, qanunun tələblərindən və işin hallarından asılıdır.

Hüquq-mühafizə orqanları təqdim edilən materialları araşdırmalı, zərurət olduqda əlavə sənədləri və izahatları əldə etməli, ödənişlərin əsaslılığını, müqavilələrin icrasını və vəzifəli şəxslərin hərəkətlərini yoxlamalıdırlar. Cinayət əlamətləri müəyyən edildikdə qanunvericiliyə uyğun prosessual qərar qəbul olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri