Icma.az
close
up
RU
Bu rayonun hakimindən Fuad Ələsgərova şikayət

Bu rayonun hakimindən Fuad Ələsgərova şikayət

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qobustan rayonunun Göydərə kənd sakini Poladov Eyvaz Əlifxan oğlu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Əsgərova müraciət edib.

Gununsesi.info  bildirir ki, həmin müraciətdə Eyvaz Poladov 1997-ci ildə həyata keçirilən aqrar islahatlar zamanı ailəsinə verilmiş əmlak payları, uzun illərdir məşğul olduğu heyvandarlıq təsərrüfatı və bu təsərrüfatla bağlı məhkəmə çəkişmələri barədə məlumat verib.

O, qanuni əsaslarla icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikililərin və yaratdığı təsərrüfatın müxtəlif şəxslərin maraq dairəsinə düşdüyünü, nəticədə ona qarşı əsassız iddiaların qaldırıldığını bildirib.

Həmin müraciəti təqdim edirik:

” Hörmətli Fuad müəllim ! Yazıb bildirirəm ki, 1997-ci ildə bütün ölkə üzrə aqrar islahatlar həyata keçirilərkən Qobustan rayonu Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən kəndin kolxozda çalışan sakinlərinə, o cümlədən də mənə və mərhum atam Poladov Əlifxana əmlak payı kimi «Qarıq» qışlağında qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü, 2 ailəlik çoban evindən pay verilmişdir. 2000-ci ildən başlayaraq mən həmin qışlaqda iri və xırdabuynuzlu mal-qara saxlayıram. Köhnə tikililər mövcud olduğu vaxtlar mən həmin tikililərin mənimlə müştərək sahiblərinə qarşılıqlı razılıqla müəyyən məbləğdə icarə haqqı ödəmişəm.

Lakin tikililər aşındığı üçün sonradan mən müvafiq icra hakimiyyətinə və bələdiyyəyə müraciət edərək özüm üçün ayrıca tövlələr inşa edilməsinə razılıq almışam. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012 ci il 188 saylı Sərəncamına uyğun olaraq icrarəyə

götürdüyüm 140 ha torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün ferma binalarının tikintisinə icazə verilmişdir.

Tikintisinə icazə verilən həmin tikililərin layihəsi də İcra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Buna dair bütün sənədlərim vardır. Torpaq

sahəsi mənə bələdiyyə tərəfindən icarəyə verilmişdir. Beləliklə mən ayrıca təsərrüfat yaradaraq ətlik-südlük mal-qara saxlamaqla məşğul olmuşam. Bu illər ərzində bir neçə min baş iri və xırdabuynuzlu mal-qaranın satışını həyata keçirərək kənd təsərrüfatı məhsullarının istehsalına töhfə vermişəm.

Hörmətli Fuad müəllim hal-hazırda da mən həmin ərazidə fəaliyyət göstərirəm və təsərrüfatımda 520 baş xırda buynuzlu mal-qara saxlayıram. Bu həm işsizlər üçün iş yeridir, həm mənim dolanışıq mənbəyimdir, həm də kənd təsərrüfatı məhsullarının istehsalına bir töhfədir. Mənim bu uğurum və müstəqil təsərrüfat qurmağım çox insanların və işbazların tamahına səbəb olmuş və həmin şəxslər mənə qarşı böyük və gizli oyun qurmuşlar. (Məhkəmə qərarları: Qobustan Rayon Məhkəməsi iş № 2(026)-164/2022, Sumqayıt Apellyasiya Məhkəməsi iş № 2(105)-217/2024 və Ali Məhkəmə iş № 2(102)-2492/2024). Belə ki, əvvəlcə Mustafayev Pərvaz Ağababa oğlu adında həmkəndlim mənə qarşı iddia qaldıraraq, nə qədər gülünc olsa da, mövcud olmayan tikililərdən mənim çıxarılmağımı tələb etdi və yenə də nə qədər gülünc olsa da, məhkəmə belə bir tikilinin olmadığını bildiyi halda, 2(026)-27/2025 saylı mülki iş üzrə iddianı təmin etdi.

Məhkəmə icra məmuru isə məni həmin «tikililər»dən çıxarmağa gələndə onların mövcud olmadığını, yalnız yanmış bünövrəsinin qaldığını, mənim öz tikilimdə fəaliyyət göstərdiyimi görüb bu faktı aktlaşdırdı. Oyun quranların əli boşa çıxdı. Onlar bu dəfə ikinci hiyləyə əl atıblar. Guya mənim öz tikililərim onların uçub-dağılmış, yanıb yox olmuş «tikililəri»ndən istifadəsinə mane olur, buna görə də mənim qanuni tikililərimi, icarəyə götürdüyüm torpaqda inşa etdiyim və mal-qara saxladığım tövlələrimi sökməyə cəhd edirlər. Bu məqsədlə həmin tamahkar, necə deyərlər, hazıra-nazir şəxslər məhkəməni də ələ almağa çalışırlar.

Bu işə Qobustan rayon məhkəməsində baxılmışdır, hakim isə Samir Mayılov olmuşdur. Mənə müxtəlif mənbələrdən xəbər göndərirlər ki, onsuz da biznesini əlindən alacağıq, gəl, könüllü onu təhvil ver. Mənə başqa variant da təklif edirlər, deyirlər ki, onlara pul verməliyəm. Torpaq mənim icarəmdə, tikililəri özüm tikmişəm, köhnə tikililərdə də atamın, nəslimin payı var! Nə üçün kiməsə pay verməliyəm? Nə üçün qanuni işimi əlimdən almaq istəyirlər?! Sizə deyim ki, məhkəmə də bu işin içindədir! Ölkədə hüquq yoxdur, yoxsa qanunun nə yazdığından başı çıxan hakim, məhkəmə qalmayıb?! Axı mən sahibkaram, axı mən şəhərdə yaşayanlara ət istehsal edib göndərirəm! Bu vaxta kimi bəlkə 3 min baş mal-qara göndərmişəm Bakıya! Araşdırsınlar görək, o «hazıra-nazirlər» indiyə kimi bir dənə kor toyuq becərib böyüdüblərmi? Niyə məhkəmə onların tərəfini saxlayır?! Mən bu sözləri havadan yazmıram, şəxsən bildiyim məlumatı deyirəm. Hakim Samir Mayılov 4 dəfə məni kabinetinə çağıraraq mənə elə belə də deyir: sən nə verə bilərsən Pərvaza, o bu işdən əl çəksin. Mən ona dedim onun mənim tikilimdə də torpağımda da payı yoxdur.

Sovet dövründə tikilən və hazıra isə uçub dağılan tikililərdə isə onunla bərabər mənim də atamın da haqqı var. Mənə dedi ki, yenə də bir rəqəm de. Mən də təsərrüfatımı qorumaq üçün dedim ki, 5000-10000 manat verə bilərəm. O da dedi ki, bu çox azdır və əlavə etdi ki, yaxşı sənin yerivə sənə nə verək?

Mən də dedim ki, yoldaş hakim mən onu satmıram, mən ömrümü qoymuşam ora, hətta əlavə elədim ki, Sizə bu yer lazımdırsa tut bu çoban çomağın ver o hakim toxmağın mənə, get mal- qara saxla qoy yerində mən əyləşim. Hakim güldü və dedi ki, Eyvaz vallah bu mənlik deyil, amma sən bu deyilənləri unutma.

Hörmətli Fuad müəllim mənə bütün bu olanlardan sonra məlum oldu ki, mənim bu torpağımı əlimdən almağa çalışan şəxs Qobustan Rayon Məhkəməsinin hakimi Samir Mayılovdur, özüdə heyvandarlıqla məşğuldur və özü üçün istəyir. Qobustan balaca rayondur, bunu hamı bilir.

Şəxsən bunun mənə aidiyyatı yoxdur, varıdır, allah özünə qismət eləsin. Bəs mənim təsərrüfatımı niyə mənim əlimdən alır? Biz neçə bacı-qardaşıq, hamımız o təsərrüfatdan dolanırıq, hamımız ora canımızı qoymuşuq, bir bacımım oğlu qazidir, işi gücü yoxdur, bacım da o da oradan dolanır. Məhkəmə hakiminə yaraşarmı ki, qara camaatın əlindən çörəyini alsın. Onu da qeyd edirəm ki, 2(3-8)-267/2026 saylı bu işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin qəbulunda da olmuşam, lakin apellyasiya məhkəməsində də qanuni və ədalətli qərar qəbul edilməmişdir.

Ölkənin aqrar potensialını təbliğ etmək, kənd təərrüfatının inkişafına təkan vermək, əhalinin ərzaq təhlükəsizliyinin təmin etmək, kənd təsərrüfatına dövlət dəstəyini gücləndirmək məqsədilə fəaliyyət göstərirəm. Bu mənada bu sahənin ölkənin ərzaq təhlükəsizliyində, eləcə də regionlarda əhalinin məşğulluğunun təmin edilməsində nə qədər vacib rol oynadığını çox gözəl bilirsiniz!

Atalar deyib «çörəyi ver çörəkçiyə, birini də üstəlik». Mən o işi qurmaq üçün ömrümü qoymuşam! Çətinliklə boya-başa çatmışam, kipriyimlə od götürmüşəm, boş əlimlə də bu işi qurmuşam! Günəşin altında yanıb qaralmışam. Ömrümün meyvəsi bu təsərrüfatımdır! Mənə qarşı alçaq və vicdansız hücumun arxasında haqqı görməzdən gələn məhkəmə hakimlərini də görəndə söz tapa bilmirəm. Əlacım və yeganə ümidim Sizə bu müraciətimdədir. Hətta bəzən özümü yandıraraq səsimi və bunun səbəbini bütün ölkəyə çatdırmaq istəyirəm. İndiyə kimi heç kimin haqqını tapdamamışam, heç kimin haqqına girməmişəm. Uçub dağılan köhnə tövlədə mənim də haqqım var. Amma kimlərsə onu bərpa edib işlətmək istəyirsə, buyursun, etirazım yoxdur. Amma mənim bir az kənarda tikdiyim, icarəmdə olan torpaqda canımı, malımı sərf edib hazır etdiyim qanuni tikililərimi niyə sökürlər?!

Hörmətli Fuad müəllim ümidim bir Allaha bir də

Sizədir. Balalarımın çörəyi o təsərrüfatdan çıxır.

Sizdən xahiş edirəm ki, bu işi nəzarətə götürəsiniz!”

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see488

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see443

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see366

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see365

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see295

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see289

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see217

Azər Türk Bankda ciddi geriləmə: 2 dəfədən çox azalma

06 Avqust 2026 10:51see208

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see207

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see203

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see200

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see194

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see185

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see184

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see181

Min manatlıq MİDA istiqrazlarını niyə almalıyıq?

06 Avqust 2026 13:42see174

YouTube qaydaları sərtləşdirdi

06 Avqust 2026 03:26see169

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see167

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see164

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri