Bu razılaşma Tehrana manevr imkanı yaradacaq Tsisin
Axar.az saytına istinadən Icma.az xəbər verir.
İranın Hörmüz boğazında gəmiçiliklə bağlı Omanla əldə etdiyi razılaşmalar Tehranla Vaşinqton arasındakı münasibətlərdə yaranmış çıxılmaz vəziyyət şəraitində siyasi manevr imkanlarının qorunmasına şərait yaradacaq.
Axar.az xəbər verir ki, bunu Çin Beynəlxalq Araşdırmalar İnstitutunun elmi işçisi Li Tsisin deyib.
“Əgər müvəqqəti razılaşmalar əldə olunarsa, bu, ABŞ-İran qarşıdurması fonunda yaranmış çıxılmaz vəziyyətdə tərəflərə siyasi manevr üçün müəyyən imkan yaradacaq. Eyni zamanda, gələcək siyasi təmasların davam etdirilməsi üçün də əlavə imkan yaranır. Razılaşmaların yaxın perspektivdə ABŞ ilə İran arasında mövcud olan struktur ziddiyyətlərini aradan qaldıracağı ehtimalı azdır. Onlar yalnız gəmi yollarının birgə idarə olunması və rüsumların tutulmasına dair mübahisələrin həllinin təxirə salınması hesabına beynəlxalq gəmiçilikdə vəziyyəti müvəqqəti olaraq yüngülləşdirə bilər. Bu kövrək İran-Oman konsensusu gələcək danışıqların irəlilədilməsi üçün zəruri olan bufer rolunu yaradır”, - o bildirib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai İran və Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Avqust 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















