Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Britaniya teatr və kino sənətinin böyük simalarından Cudi Denç səhhəti ilə bağlı açıqlaması ilə pərəstişkarlarını kədərləndirib.
Kulis.az xəbər verir ki, 91 yaşlı aktrisa görmə qabiliyyətinin zəifləməsi səbəbindən əvvəlki kimi film və səhnə fəaliyyətini davam etdirə bilmədiyini bildirib.
O, yaşla bağlı makulyar degenerasiya xəstəliyindən əziyyət çəkir və bu problem gündəlik həyatına, xüsusilə də mətnləri oxumaq və yadda saxlamaq imkanına ciddi təsir göstərir.
Denç bu diaqnozla 2012-ci ildən mübarizə aparır.
Aktrisa müsahibəsində çəkiliş meydançasında baş verənləri görməyin və qarşısındakı mətni oxumağın onun üçün getdikcə çətinləşdiyini deyib. Bu səbəbdən yeni rolları qəbul etmək əvvəlki kimi mümkün deyil.
Bununla belə, o, sənətdən tamamilə uzaqlaşmayıb: Şekspir sonetlərinə və yaradıcılıq irsinə marağını qoruyur. Cudi Denç uzun karyerası boyunca həm teatrda, həm də kinoda yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.
Onun açıqlaması aktyor sənətində fiziki imkanların, yaddaşın və görmə qabiliyyətinin nə qədər vacib olduğunu da xatırladır.
21-ci əsrin ən yaxşı rok mahnısı seçildi Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu “Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi
Baxış sayı:144
Bu xəbər 31 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















