Icma.az
close
up
RU
Nobel arzusu xanımına nəsib ola bilər

Nobel arzusu xanımına nəsib ola bilər

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir.

Məlumata görə, M.Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar missiya ilə bağlı razılaşmanın əldə olunmasında mühüm rol oynayıb. Bu məqsədlə Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa təmaslar qurub.

Məqalədə qeyd olunur ki, həmin təşəbbüs Melaniya Trampın müharibə zamanı ukraynalı uşaqların ailələrinə qaytarılması istiqamətində əvvəlki səylərinin davamıdır.

"Prezident və onun müdafiə naziri Pit Heqset sərt ritorikaya və hərbi güc nümayişinə üstünlük versə də, birinci xanım səssiz şəkildə tamamilə fərqli istiqamətdə fəaliyyət göstərib. O, humanitar diplomatiya ilə məşğul olub. Bu mənada, Nobel Sülh Mükafatı kontekstində diqqətəlayiq şəxs Donald Tramp deyil, məhz Melaniya Trampdır" - deyə nəşrdə qeyd edilir.

Xatırladaq ki, Donald Tramp ikinci prezidentlik dönəmində Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə bəyan edib. O, bir sıra münaqişələrin başa çatmasında vacib rol oynadığını vurğulayıb. Mükafatın ona verilməməsini ABŞ üçün təhqir kimi qiymətləndirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri