Icma.az
close
up
RU
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur ARAŞDIRMA

Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur ARAŞDIRMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobil bazarında aparılan son araşdırmalar göstərir ki, kuzov rəngi artıq yalnız estetik seçim deyil, həm də avtomobilin təkrar satış dəyərinə və satış sürətinə təsir edən mühüm iqtisadi amillərdən biridir.

Avtosfer.az xəbər verir ki, işlənmiş avtomobil bazarı üzrə aparılan son təhlillər istehlakçı seçimlərinin nəqliyyat vasitələrinin qiymətinə ciddi təsir etdiyini ortaya qoyub. TF1 tərəfindən yayılan məlumatlara görə, alıcılar avtomobil seçərkən performans və yürüş göstəricilərindən sonra ən çox diqqət yetirdikləri məqamlardan biri məhz kuzov rəngidir.

Araşdırma nəticələrinə əsasən, boz, qara və ağ rənglər bazarda hələ də üstün mövqedədir. Bu klassik və “risk daşımayan” rənglər daha geniş alıcı auditoriyasına xitab etdiyi üçün işlənmiş avtomobillərin satışını asanlaşdırır və qiymət sabitliyini qoruyur. Bu rənglərdə olan avtomobillərə tələbat yüksək olduğundan satıcılar qiyməti aşağı salmağa daha az məcbur qalırlar.

Bazar məlumatları göstərir ki, daha nadir və qeyri-adi rənglər isə təkrar satış zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə çəhrayı və bənövşəyi kimi rənglər bazarda ən az tələb olunanlar sırasında yer alır. Eyni zamanda parlaq sarı və yaşıl kimi rənglər də daha məhdud auditoriyaya xitab etdiyi üçün bu avtomobillərin satışı daha uzun çəkir.

Mütəxəssislərin sözlərinə görə, bu cür rənglərdə olan avtomobillərin satış prosesi uzandıqca satıcılar alıcı tapmaq üçün qiyməti aşağı salmağa məcbur olurlar. Bundan əlavə, parlaq rənglərin günəş şüaları və digər xarici təsirlərə daha həssas olması, həmçinin boya örtüyünün saxlanılması üçün əlavə xərclər tələb etməsi də avtomobilin dəyərinin azalmasına səbəb ola bilər.

Bununla belə, yeni və lüks avtomobil seqmentində vəziyyət bir qədər fərqlidir. Ekspertlər bildirirlər ki, bəzi istehsalçıların təqdim etdiyi eksklüziv və xüsusi rəng palitraları avtomobilə əlavə dəyər qazandıra bilər və bu da modelin satış qiymətini minlərlə avro artırır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri