Bu restoranın qarşısında diqqətli olun! RADAR QURAŞDIRILIB VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının bəzi küçə və prospektlərində radarların olmamasından sui-istifadə edən sürücülər hərəkət sürətini aşırlar. Həmin sürücülərə qarşı inzibati məsuliyyət tədbirləri həyata keçirmək məqsədilə mütəmadi olaraq mobil radarlar quraşdırılır. Yəni yol polisi avtomobilinin üzərindəki radarlar vasitəsilə hərəkət sürətini aşan sürücülər müəyyən edilərək cərimələnirlər.
Belə radarlardan biri də paytaxtın Mikayıl Əliyev küçəsində ("Neolit" şadlıq sarayının qarşısında) quraşdırılıb. Burada hərəkət sürətini aşan bir neçə sürücü sosial şəbəkədə məlumat yayıb.
Sürücülərə tövsiyə olunur ki, sürət həddinə daim nəzarət etsinlər və yalnız radarların və ya cərimələrin qorxusundan deyil, ilk növbədə özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini düşünərək qaydalara əməl etsinlər. Unutmaq olmaz ki, diqqətsizlik və məsuliyyətsizlik təkcə cərimə ilə nəticələnmir, eyni zamanda insan həyatına da ciddi təhlükə yaradır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















