“Bu, Rusiyaya qarşı Avropanın sərt mövqeyidir”
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
““Könüllülər koalisiyası” artıq 37 dövləti əhatə edir. Parisdə ondan 25-i iştirak edib və onlar Ukraynaya hərbi, siyasi, strateji dəstək vermək, onun gələcək təhlükəsizlik təminatının qarantısını müəyyənləşdirmək kimi məsələləri müzakirə ediblər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
Ə.Mustafa qeyd edib ki, Paris sammitində bir sıra konkret qərarlar qəbul olunub: “İlk növbədə hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi, eyni zamanda, ABŞ-nin lisenziya verdiyi patriotların istehsalında onların birgə çalışması kimi məsələlər, həmçinin Almaniya, Fransa və İtaliyanın hava hücumundan müdafiə sistemlərinin Ukraynanın ehtiyacları üçün istifadəsi istiqamətində müzakirələr olub. Eləcə də patriot raketlərinin Ukrayna da daxil olmaqla Avropanın təxminən 10 ölkəsinin birgə istehsal edəcəklərinə dair qərarlar var”.
Politoloqun fikirlərinə görə, sammitdə NATO-nun təqdim etdiyi 70 milyard avronun, eyni zamanda, Avropa İttifaqqının ayırdığı 90 milyard avro kreditin Ukraynanın hərbi sənaye sisteminin gücləndirilməsinə yönəlməsi ilə bağlı müzakirələr və konkret qərarlar olub: “Bütün hallarda müzakirələr o istiqamətdədir ki, Avropa ölkələri Ukraynanı dəstəkləyir, Rusiyanın təcavüzünə qarşı Ukraynanın yanındadırlar və Ukraynanın hərbi sənaye kompleksinin güclənməsinə, Ukrayna ordusunun müdafiə qabiliyyətinin artırılmasına çalışırlar. Xüsusilə ilə hava hücumundan müdafiə sistemlərinin verilməsi və yenilərinin istehsalı, hətta bu istiqamətdə birgə çalışaraq, birgə müəssisələr quraraq hava hücumundan müdafiə sistemləri istehsal etmək və Ukraynanı qorumaq barədə qərarları var. Bu, Rusiyaya qarşı Avropanın sərt mövqeyidir. Bu, o deməkdir ki, Rusiya-Qərb münasibətləri hələ yaxın zamanlarda qarşıdurma müstəvisində qalmaqda davam edir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















