Icma.az
close
up
RU
Bu sadəcə “başda səs” deyil

Bu sadəcə “başda səs” deyil

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qulaqda zəng, vızıltı və ya başqalarının eşitmədiyi qəribə səslər bir çox qadın tərəfindən stress və ya yorğunluqla əlaqələndirilir. Lakin britaniyalı həkim Amir Xanın sözlərinə görə, bu əlamət hormonal dəyişikliklərin siqnalı ola bilər.

Mütəxəssis bildirir ki, tibbdə “tinnitus” adlandırılan qulaq səsləri və tarazlıq problemləri çox vaxt menopauza dövründə üzə çıxır. Bir çox qadın bu əlaqəni bilmədiyi üçün simptomu səssizcə qəbul edir və həkimə müraciət etmir.

Həkimin izahına görə, əsas rol estrogen hormonuna məxsusdur. Menopauza zamanı estrogen səviyyəsi azalır və bu dəyişiklik təkcə reproduktiv sistemə deyil, daxili qulaq və beyinə də təsir göstərir. Estrogen reseptorları orqanizmin müxtəlif hissələrində, o cümlədən eşitmə və balans sistemində yerləşir.

Daxili qulaq qan dövranına qarşı çox həssasdır. Hormon səviyyəsi azaldıqda, ilbiz (koklea) nahiyəsini qidalandıran xırda damarların sabitliyi pozula bilər. Nəticədə eşitmə sinirləri daha həssas olur və insan real mənbəyi olmayan səslər eşidə bilər.

Bundan əlavə, estrogen orqanizmdə duz və su balansını tənzimləyir. Hormonal dalğalanmalar daxili qulaq mayesinin tərkibini dəyişdirərək başgicəllənmə və otağın fırlandığı hissini yarada bilər. Yuxusuzluq və narahatlıq da vəziyyəti ağırlaşdırır – beyin hər bir siqnalı daha güclü qəbul edir və səs daha intensiv hiss olunur.

Tinnitus müxtəlif formalarda özünü göstərə bilər: davamlı zəng səsi, xışıltı, ürək döyüntüsünə uyğun pulsasiya və nadir hallarda musiqi və ya pıçıltıya bənzər səslər.

Həkimlər xəbərdarlıq edir ki, simptom qəfil eşitmə itkisi, güclü başgicəllənmə, əzələ zəifliyi və ya baş travmasından sonra yaranarsa, təcili tibbi yardım tələb olunur. Əks halda belə, uzunmüddətli qulaq səsləri normal hal sayılmamalı və ailə həkimi ilə məsləhətləşmək tövsiyə edilir.

Mütəxəssislər vurğulayırlar ki, vaxtında diaqnostika və hormonal balansın tənzimlənməsi qadınların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Fevral 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri