Icma.az
close
up
RU
Azərbaycan futbolu deyilirsə, başda Neftçi dir Samir Abasov

Azərbaycan futbolu deyilirsə, başda Neftçi dir Samir Abasov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib ki, sakit qalmağa çalışırlar: "Reallıq budur ki, bizim üçün bu mövsüm qatar gedib. Ən azından sakit olmağa çalışırıq. Əsas da mən danışandan sonra bunu istifadə edə bilərlər. Əsas futbolçuları hazırlayaq və oynayaq. Səhvlər mütəmadi olaraq davam edir. Qollar da vurmuruq. Birinci hissədə nadir hallarda olan dominant futbolu göstərdik, məncə. Birinci hissədə 10-15 dəfə rəqibin cərimə meydançasının yaxınlığında və içərisində olmuşuq. Hətta müdafiəçilərimiz hücuma qədər gəlib çıxmışdılar. Əgər bu qədər fürsətlər yaradıb rəqib qapıçısına əziyyət verən zərbələr vurmuruqsa, bu, hücumda biz dediyimiz problemlərin göstəricisidir. Rəqibin hər uzaqlaşdırdığı top isə təhlükə ilə bitir. Son oyunlara futbolçuları kökləyəcəyik. Bilmirəm nə deyim, adımıza layiq bir şey etmirik. Çalışacağıq, son oyunlardan xoş bir şey çıxaraq. Xoş məqam odur ki, hesabda geri qalanda da hücumlara çıxırıq. Hər futbolçumuz etmir, amma bir neçə oyunçumuz xarakter qoyurdu. Bu da artıq yaxşıdır. 

Mütəxəssis deyib ki, növbəti mövsüm hansı büdcə ilə işləyəcəyi haqda danışmaq tezdir: "Bilmədiyim şey haqqında danışa bilmərəm. Bu il gələndə artıq əlimizdə hazır futbolçular var idi. Biz məşqçilərlə oturub gələcək planları qururuq. İnşallah, bir sonluq olaraq qərar verəcəyik".

S. Abasov "Emin Mahmudova kapitanlığı niyə qaytara bilmədiniz? Növbəti mövsüm komandada qalacaq?" sualına belə cavab verib: "Qaytara bilməmək ayrı bir şeydir. Bu, o vaxt olar ki, kimsə məcbur edər. Qaytarmadınız isə artıq ayrı sualdır. Sadəcə mən bura gələndə kapitanliq məsələsi "Neftçi"nin ətrafında şişirdilmişdi. İstədim ki, futbolçular ancaq oyuna köklənsinlər və vəziyyəti sakitləşdirmək üçün kapitanlığı Rza Cəfərova verdim. Emin bu mövsüm çox əziyyət çəkdi. Qış fasiləsindən sonra da mütəmadi zədələri oldu. Onun hələ bir illik müqaviləsi var. Demək, hələ bizlədir. Amma o demək deyil ki, hər müqaviləsi olan komandada qalacaq. Çalışacağıq ki, hər iki tərəf üçün xeyirli qərarlar olsun". 

O, bildirib ki, hakimlərin "Neftçi"yə qarşı səhv qərarlarının səbəbi var, amma bu, qərəzlə bağlı deyil: "Əsla dilə gətirmirəm ki, hansısa hakim desin, "Neftçi"dən, Samirdən zəhləsi gedir. Amma səhv qərarların əziyyətini görürük. Sambunun qırmızı vərəqəyə görə kubokun yarımfinalda olmaması bizə çox çətinlik yaratdı. "Sumqayıt"la oyunda da həmin məsələlər oldu. Bu gün VAR-da oturan hakimlər dedilər ki, qaydaya görə, iki ayaqla müdaxilə olunubsa, "qırmızı"dır. Amma mən gördüyümə görə, topa müdaxilə olunub və rəqibin ayağına dəymir. Ola bilər, buna səbəb odur ki, "Neftçi" daimi gündəmdədir, amma nəticələri pisdir. Bizim düşdüyümüz vəziyyət heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Bir gün lazım olan insanlar masaya əlini vuracaq. Ondan sonra necə olacaqsa, Allah sizi qorusun. Bizim haqda olan neqativ söhbətlər "Neftçi"ni əzməyə haqq vermir. Bu gün biz "Neftçi" haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda, oyunda başımızın aşağı olmasıdır. İki il avrolikuboklara vəsiqə qazanmırıq. Amma bu, heç kimə əsas vermir ki, "Neftçi"ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. "Neftçi" bu gün belədirsə, bir gün özünə gələcək. Bu, tezliklə baş verəcək. Ən azından Azərbaycan komandasıdır. Bu cür şeylər düzgün deyil. Azərbaycan futbolu deyilirsə, başda "Neftçi"dir. Baxmayaraq ki, son illər nəticələrimiz pisdir. 

Mütəxəssis sonda qeyd edib ki, rəhbərliklə fikirləri üst-üstə gəlir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 May 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri