Bu şagirdlər lisey və gimnaziya imtahanına buraxılmayacaq
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Xəbər veridiyimiz kimi, Azərbaycanda lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahan yolu ilə şagird qəbulu üzrə qeydiyyat prosesi başlayıb. Qəbul qaydalarına əsasən bəzi hallarda şagirdlər imtahana buraxılmır və mərhələli seçim hüququnu itirirlər.
Sfera.az xəbər verir ki, imtahana aşağıdakı hallarda buraxılış verilmir:
Qeydiyyat zamanı imtahan binası və kitabça dili seçimi tamamlanmayıbsa və ya buraxılış vərəqəsi çap edilməyibsə;
Şagirdin buraxılış vərəqi və şəxsiyyət vəsiqəsi yoxdursa;
İmtahana mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa qadağan olunmuş əşyalar gətirilibsə;
Şagird buraxılış vərəqəsində göstərilən mərkəzdən fərqli binaya gəlibsə;
İmtahana başlama vaxtından az qala gəlibsə (ən azı 1 saat əvvəl mərkəzdə olmaq tələb olunur);
Qeydiyyat zamanı tələb olunan məlumatlar tam daxil edilməyibsə.
Bundan əlavə, qəbul mərhələlərində sənədləri vaxtında təqdim etməyən, qəbul olduğu lisey və ya gimnaziyada təhsil almaqdan imtina edən və ya təsdiqini gecikdirən şagirdlər növbəti mərhələlərdə iştirak hüququnu tam və ya qismən itirə bilərlər.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















