Icma.az
close
up
RU
Valideynlər və şagirdlər narahatdır

Valideynlər və şagirdlər narahatdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İbtidai siniflərdə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmədən sonra bəzən şagirdlərdə stress, öyrənmədən uzaqlaşma halları olur


Mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. 

Bəzi valideynlər monitorinq qiymətlərinin aşağı olacağı təqdirdə övladlarının sinifdə saxlanılacağı narahatlığını yaşayır. 

Təhsil ekspertləri isə qeyd edib ki, monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərmir. Monitorinq nəticəsi şagirdin ümumi illik qiymətlərinə əlavə olunaraq şagirdlərin ümumi nailiyyətlərinə, bilik və bacarıqlarının göstərilməsinə xidmət edir.


Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, monitorinq imtahanları ibtidai və aşağı orta təhsil pilləsində şagirdlərin qazandıqları bilik və bacarıqları diaqnostik qiymətləndirməyə xidmət edir. Bu yaş dövründə aparılan belə qiymətləndirmə vasitəsilə həm fərdi şagirdlərin fərdi inkişaf səviyyəsi, həm də ümumi təhsil mühitinin effektivliyi barədə mühüm  nəticələr çıxarmaq mümkündür. 

Ekspert “Sherg.az”a açıqlamasında bildirib ki, monitorinq imtahanları nəticələri tədris prosesinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Müəllimlər bu nəticələrə əsasən tədris metodlarını tənzimləyə, zəif tərəflərə daha çox diqqət ayıra bilirlər. Valideynlər üçün də bu nəticələr uşaqlarının təhsil səviyyəsi haqqında obyektiv informasiya verir:

 “Bu imtahanların keçirilməsi yalnız texniki tədbir kimi deyil, təhsilin erkən mərhələsində öyrənməyə yanaşma fəlsəfəsinin göstəricisi kimi qiymətləndirilməlidir. 4-6-cı siniflər üzrə keçirilən monitorinq imtahanları, ilkin olaraq, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris prosesində ortaya çıxan problemlərin müəyyənləşdirilməsi və ümumtəhsil proqramlarının icrasına nəzarət məqsədi daşıyır. Əgər təhsil sistemi bu imtahanları formativ, inkişafyönümlü və şəffaf şəkildə təşkil edirsə, bu tədbir faydalı ola bilər. Əks halda, şagirdləri erkən yaşda test mərkəzli öyrənməyə yönəltmək, onların maraq və yaradıcı düşüncə imkanlarını sıxışdıracaq və təhsilin mahiyyətini sıradan çıxaracaq. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsinə əsasən, ümumi təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə yaradıcı təfəkkürün, müstəqil qərarvermə bacarığının, sosial və vətəndaş məsuliyyətinin formalaşdırılmasıdır. Lakin 4-cü sinifdən başlayaraq şagirdləri mərkəzləşdirilmiş monitorinq imtahanlarına hazırlamaq və nəticəyə görə sinif, müəllim, məktəb və bölgə müqayisələri aparmaq bu məqsədlə ciddi ziddiyyət təşkil edir. Bu yaş mərhələsində öyrənmənin məqsədi biliklərin sabit ölçülməsi yox, öyrənməyə marağın təşviqi və funksional savadlılığın inkişafıdır”.

Monitorinq imtahanlarının əhəmiyyətinə gəldikdə isə K.Əsədov bildirib ki, nəticələr tədris proqramlarının təkmilləşdirilməsi, metodik vəsaitlərin yenilənməsi, müəllimlərin ehtiyac yönümlü təlimlə təmin edilməsi üçün istifadə olunarsa, sistemli dəyişikliklərə səbəb ola bilər: “Lakin praktikada bu imtahanların nəticələri çox zaman formativ qiymətləndirmə aləti olaraq deyil, reytinq və sıralama vasitəsi kimi istifadə olunur. Müəllimlər və məktəb rəhbərləri təzyiq altında nəticə qazanmağa, şagirdlər isə suallara cavab əzbərləməyə təşviq olunur. Bu isə ümumi öyrənmə motivasiyasını azaldır, məzmunun mənimsənilməsinə deyil, test strategiyalarına fokus yaradır. Beləliklə, təhsil prosesinin əsas hədəfi olan təfəkkürün inkişafı məsələsi kölgədə qalır. Hətta 2022-ci ilin təhsil hesabatlarında qeyd olunub ki, ibtidai siniflərdə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə tədbirlərindən sonra şagirdlərdə stress, öyrənmədən uzaqlaşma və valideynlərdə narahatlıq halları müşahidə olunub. Dünya təcrübəsində bu məsələyə fərqli yanaşma mövcuddur. Məsələn, Finlandiyada aşağı siniflərdə mərkəzləşdirilmiş imtahanlara yer verilmir. Qiymətləndirmə müəllim tərəfindən fərdi şəkildə, şagirdin inkişaf dinamikasına uyğun aparılır və bu, valideynlərlə vaxtaşırı müzakirə olunur. Kanadada monitorinq qiymətləndirmələri yalnız 6-cı sinifdə həyata keçirilir və bu da sadəcə diaqnostik məqsəd daşıyır, nəticə fərdi şagirdə təsir etmir, məktəbin inkişaf planının hazırlanmasında istifadə olunur.

Azərbaycanda isə monitorinq imtahanlarının keçirilməsində bu nüanslar çox zaman nəzərə alınmır. Bəzi hallarda bu imtahanlar kütləvi narahatlıq yaradır, valideynlərin əlavə repetitor axtarışına başlamasına səbəb olur, müəllimləri nəticə yönümlü dərsə yönəldir və şagirdlərdə özünüqiymətləndirmə ilə bağlı zərərli təsirlər yaradır”. 

Ekspertin sözlərinə görə, monitorinq imtahanları əsaslı şəkildə yenidən dizayn olunmalıdır. İmtahanlar stressiz, şəffaf, təzyiqlərdən uzaq, formativ və diaqnostik mahiyyət daşımalı, nəticələr fərdi şagirdə tətbiq olunmamalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri