Icma.az
close
up
RU
Bu sahədə çalışanların pensiyası arta bilər KONKRET

Bu sahədə çalışanların pensiyası arta bilər KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.

Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaş pensiya hüququ əldə etdikdən sonra belə əmək fəaliyyətini davam etdirə bilər:

“O bildirib ki, bununla bağlı dövlət sektorunda müəyyən məhdudiyyətlər var. Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir.

Qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir. Təklifdə isə qeyd olunur ki, bu hesablama dörd ildən bir aparılsın. Bu da pensiyanın təkrar hesablanmasının intensivliyini artıracaq. Baxın, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır. Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək”.

Ekspert bildirib ki, təklif edilən mexanizm səmərəli hesab olunur:

“Pensiya kapitalı şəxsin əməkhaqqısından tutulan məbləğ əsasında formalaşdırıldığından bu, onun bir növ mülkiyyət hüququnu yaradır. Təklif qəbul olunarsa, daha çox özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər. Çünki sözügedən müəssisələrdə yaş həddi yoxdur. Bu, dövlət sektorunda çalışanlara da şamil oluna bilər. Burada isə vəziyyət fərqlidir. Məsələn, səhiyyə sahəsində çalışanların maksimal yaş həddi yoxdur. Həmçinin elmi-tədqiqat sahələrində çalışanlara da eyni münasibət tətbiq olunur. Bir sıra dövlət və hakimiyyət orqanlarında çalışanlar da bu qəbildəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri