Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Bu sahibkarlar 2 mindən 6 min manatadək cərimə ediləcək?

Bu sahibkarlar 2 mindən 6 min manatadək cərimə ediləcək?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 1-dən bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yeni vergi və uçot tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, bazar mülkiyyətçiləri yalnız vergi orqanında uçota alınmış obyektləri icarəyə verə bilər. Eyni zamanda, obyektin girişində icarəçinin adı və VÖEN-i göstərilən informasiya yerləşdirilməlidir. Sahibkarlar bu yenilikləri həm hüquqi, həm də inzibatçılıq baxımından narahatlıqla qarşılayırlar. Onlar hesab edirlər ki, bu tələblər əlavə inzibati yük yaradır, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini çətinləşdirir və bazarlarda ticarətin normal gedişatına mane olur.
Bəs, görəsən, bazar mülkiyyətçiləri və icarədarlar yeni tələblərə necə uyğunlaşmalıdır? Maliyyə sanksiyaları hansı hallarda tətbiq olunur və sahibkarların hüquqi məsuliyyəti necə müəyyən edilir?
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Vergi uçotu inzibatçılığı gücləndirir"
Vergi məsələləri üzrə ekspert Anar Bayramov bildirir ki, yeni qaydaların tətbiqi bazarlarda fəaliyyət göstərən obyektlərin rəsmi uçota alınmasını təmin etmək məqsədi daşıyır. O izah edir ki, burada maliyyə yükündən söhbət getmir, əsas məsələ inzibatçılığın təkmilləşdirilməsidir: "Vergi ödəyicisi fəaliyyət göstərdiyi vergi orqanında qeydiyyatdan keçməlidir.
 

Bu, təsərrüfat subyektlərinin və ya obyektlərinin rəsmi uçotunun aparılması deməkdir. Sadə dillə desək, bu addım vətəndaşın yaşadığı ünvanda qeydiyyata düşməsinə bənzəyir. Vətəndaşla bağlı bir hadisə baş verdikdə onu ilk növbədə rəsmi qeydiyyatda olduğu ünvanda axtarırlar.


Əvvəllər plazalarda və iri ticarət obyektlərində vergi ödəyiciləri faktiki olaraq fəaliyyət göstərsə də, uçota alınmırdılar. Bu isə vergi nəzarətini çətinləşdirirdi. İndi isə obyektləri icarəyə verən şəxslər, yəni bazar mülkiyyətçiləri, bu uçotun təmin olunmasına cavabdehdirlər. Bu yanaşma nəzarəti asanlaşdırır və vergi intizamını gücləndirir".
Doqquz aylıq hazırlıq müddəti
A.Bayramov əlavə edir ki, yeni dəyişikliklər ilin əvvəlində təsdiqlənsə də, prosesə hazırlıq üçün doqquz aylıq müddət nəzərdə tutulmuşdu: "Bu müddət ona görə verildi ki, sahibkarlar yeni qaydalara uyğunlaşsınlar. Reallıqda elə hallar olur ki, əvvəllər fəaliyyət göstərən vergi ödəyicisinin uçotu tamamlanmadığı üçün yeni icarədar həmin ünvanı rəsmi olaraq qeydiyyata sala bilmir. Əvvəlki vergi ödəyicisi də tapılmır. Bu, hazırda ən çox rast gəlinən problemlərdən biridir. Doqquz aylıq müddət məhz bu kimi problemlərin aradan qaldırılması üçün verilmişdi".
İki mindən altı min manatadək cərimə
Ekspert bazarların ölçüsü və növü fərqinə də diqqət çəkir: "Adətən, bazar dedikdə el arasında "kolxoz bazarı" kimi bilinən yerlər anlaşılır. Əksinə, bu dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Buraya aiddir iri ticarət mərkəzləri, plazalar, mallar, maşın bazarı və s. Onlar mütləq qanunvericiliyin tələblərinə əməl etməli, icarədarın vergi uçotu olmadan fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Əks halda maliyyə sanksiyaları tətbiq olunur. İlk dəfə pozuntu aşkar edilərsə, sanksiya 2000 manat, ikinci dəfə 4000 manat, üçüncü və daha çox hallarda isə 6000 manat təşkil edir".
Anar Bayramov vurğulayır ki, qaydaların tətbiqi sahibkar üçün əlavə vergi öhdəliyi yaratmır:
"Məqsəd bazarlarda şəffaf və qanuni fəaliyyətin təmin olunmasıdır".
Rayon bazarlarına gəlincə, ekspert burada vəziyyətin bir qədər fərqli olduğunu deyir:
"Yeni qaydalar əsasən mərkəzləşdirilmiş bazarlara tətbiq olunur. Amma bazarda geyim, elektronika və digər qeyri-kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan obyektlər varsa, mütləq yeni tələblərə uygunlaşmalıdır".
"İcarə haqları aşağı salınmalıdır"
 

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, hər bir sahibkarlıq subyekti mütləq vergi ödəməlidir. "Bizdə maraqlı bir vəziyyət mövcuddur. Bəzi ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar yalnız icarə haqqı ödəyirlər, dövlət büdcəsinə isə ya heç bir ödəniş həyata keçirilmir, ya da formal ödəniş olunur.


Həmin ödənişləri yalnız ticarət mərkəzləri edir. Mən hesab edirəm ki, bu, böyük miqyasda vergidən yayınmaya yol acır. Hər bir ticarətlə məşğul olan şəxs vergi ödəməlidir, lakin ticarət mərkəzlərinin rəhbərləri də vəziyyəti nəzərə almalıdır. Bir çox hallarda vergi öhdəliyi olmadığı üçün ticarət mərkəzləri sahibkarlardan daha yüksək icarə haqları tələb edirlər. Əgər bu vergi yükü sahibkarlara şamil olunacaqsa, ticarət mərkəzləri bunu nəzərə almalı və icarə haqlarını aşağı salmalıdır. Sahibkarlar da bu məsələdə haqlarını tələb etməlidir".
O, iri ticarət mərkəzlərində qeydiyyat aparılmadığı üçün orada neçə sahibkarın fəaliyyət göstərdiyini müəyyən etməyin çətin olduğunu vurğulayır.
"Bu sahədə kifayət qədər sahibkar fəaliyyət göstərir və onlar dövlət büdcəsini əhəmiyyətli gəlirlə təmin edə bilərlər. Əslində bu addım sahibkarları qorxutmamalıdır. Sadəcə, bizdə vergi mədəniyyəti tam formalaşmadığından insanlar uçota düşməyin əlavə problemlərə yol açacağını düşünürlər", - Qəribli qeyd edib.
Yeni qaydaların müsbət tərəfləri
İqtisadçı yeni qaydaların sahibkarlar üçün müsbət tərəflərini də izah edir:
"Uçot apararkən həm dövriyyə müəyyən edilir, həm də şəffaflıq təmin olunur. Digər tərəfdən, sahibkarların hüquqlarının qorunması baxımından müsbət təsirləri olacaq. Vergi ödəyicisi olanda həm müvafiq dövlət qurumlarından, həm də icarədardan haqlarını tələb edə biləcəklər. Ola bilsin, bazarda müəyyən ələnmə də gedəcək. Daha çevik, müasir tələblərə cavab verən sahibkarlar bazarda qalacaq. Müasir sahibkarlıq bu kimi addımlardan qorxmamalıdır".
Ticarətçilər üçün hüquqi təminat yaradır
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyir ki, əslində bu dəyişikliklər ticarətçilər üçün hüquqi təminat yaradır:
 

"Ümumiyyətlə, bazarlarda işləyən ticarətçilərdən bazar nəzarətçiləri tərəfindən icarə haqqı alınırdı. Sadəcə olaraq oktyabrın 1-dən bazar müdiriyyəti onların qeydiyyatını aparmalıdır. Belə olduğu halda həmin subyektlərə imkan yaranır ki, sabah bazarda hansısa haqsızlıqla üzləşərkən hüquqlarını müdafiə edə bilsinlər. Bu, bazarda fəaliyyət göstərən subyektlərin müdafiəsi baxımından önəmlidir.


Digər tərəfdən, gələcəkdə bazarların özləri tərəfindən vergiyə cəlbetmə işi daha asanlaşacaq. Lakin ola bilər ki, bazar müdiriyyəti tərəfindən müəyyən ödənişlər artırılsın. Bu halda isə həmin artım istər-istəməz məhsulların qiymətinə təsir göstərə bilər".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri