Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

“BU, SAHİBKARLARI İFLİC VƏZİYYƏTƏ SALIR...” “Vergi orqanı “tutar qatıq, tutmaz ayran” məsəli kimi davranır”

“BU, SAHİBKARLARI İFLİC VƏZİYYƏTƏ SALIR...” “Vergi orqanı “tutar qatıq, tutmaz ayran” məsəli kimi davranır”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Dövlət Vergi Xidmətinə yüksək məbləğlərdə cərimələr tətbiq olunmalıdır”

Son illər əksər dövlət qurumlarının elektron sistemlərinin işinin təşkilində və effektivliyinin artırılmasında təkmilləşdirmə işləri aparılsa da, Dövlət Vergi Xidmətində (DVX) hələ də bir sıra çatışmazlıqlar, problemlər qalmaqdadır. Bu problemlərdən biri də vergi borcu olan sahibkarların hesablarının çox zaman lüzumsuz yerə tamamilə bloklanması, nəticədə onların biznes fəaliyyətinin iflic vəziyyətə salınma mexanizmidir.

Daha anlaşılan dillə desək, söhbət vergi borcuna görə bank hesabına blok qoyulmasından gedir. Deməli, əgər vergi ödəyicisi müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəmirsə, Vergilər Xidməti borcun məcburi qaydada tutulması üçün banklara sərəncam göndərərək, borclunun hesabını bloklayır. Bundan sonra isə şəxsin bank hesabı dondurulur. Bu zaman şirkət və ya fərdi sahibkar öz hesabından pul çıxara və köçürmə də daxil olmaqla, heç bir əməliyyat apara bilmir.

Bank hesabı üzərinə qoyulan sərəncamı aradan qaldırmaq isə elə də asan məsələ deyil. Vətəndaş ən yaxşı halda bir neçə gün, bəzi hallarda isə müəyyən anlaşılmazlıqlar səbəbindən həftələrlə gözləməli, DVX və aidiyyatı banka müraciətlər etməli olur.

Prosedura görə, borcu ödədikdən sonra bank sistemində və vergi orqanında bu ödənişin qeydə alınması tələb olunur. Ardınca vergi orqanı borcun tam ödənildiyini təsdiqləyir və blokun götürülməsi barədə qərar qəbul edir. Sonra isə bankın bu qərarı icra etməsi gözlənilir. Vergi orqanının göndərdiyi qərar bank tərəfindən icra olunduqdan sonra nəhayət hesab açılır.

Bu prosedurun tamamlanması sahibkarın xeyli vaxtını alır. Bu müddət ərzində isə o, faktiki olaraq fəaliyyət göstərə bilmir, üsztəlik yubanmaya görə faiz ödəməli olur. Təbii ki, bu fəaliyyətsiz dövr şirkət və fərdi sahibkarlar üçün ziyansız ötüşmür. Ani bloklanma şirkətlərə və fərdlərə ciddi zərər vurur. Bəzən vergi ödəyicisi borc barədə xəbərdar olmur və bank hesabı qəfil bloklanır. Bu, biznes əməliyyatlarının dayanmasına səbəb olur. Şəxsi bank kartlarından istifadə etmək mümkün olmur, elektrik, su, internet və digər ödənişləri etmək çətinləşir, bank hesabı bloklandığı üçün kredit ödənişləri gecikə bilir, bu da cərimələrə və faizlərin artmasına səbəb olur.

Bundan əlavə, vergi orqanı haqsız vergi borcları hesablayır. Sahibkar məhkəmədə bu məsələni mübahisələndirənə qədər isə hesaba həbs qoyulur. Çox zaman məhkəmə bitənə kimi hesabdan istifadə etmək olmur.

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”-ya şərhində bildirdi ki, qeyd olunan hal son dövrlər böyük problemə çevrilib: “Ötən il Dövlət Vergi Xidmətinin rəhbəri Orxan Nəzərli iqtisadçı ekspertlərlə görüş təşkil etmişdi. Mən də ora dəvət olunmuşdum. Bu məsələni orada ona da bildirmişdim ki, vergi orqanının bu hərəkətləri vergi ödəyicilərini, xüsusən də sahibkarları iflic vəziyyətə salıb. Təəssüf ki, o, bu məsələyə heç bir münasibət bildirmədi, sualımı cavabsız qoydu”.

Ə. Həsənovun sözlərinə görə, bu məsələdə hər iki tərəfin haqlı olduğu məqamlar var: “Vergi orqanını da başa düşmək olur. Deyir ki, bu qədər borcun var və sənin hesabına pul gələcək. Sən onu gərək mənə verəsən. Amma vergi orqanının bir çox hallarda vergi ödəyicilərinə qarşı tələbləri qanunsuz olur. Məsələn, vergi orqanı mənə 10 min vergi ödəməli olduğumu deyir. Mən razı deyiləm, gedib verirəm məhkəməyə. Vergi isə artıq mənim bank hesabıma həbs qoyub. Mən məhkəməni uduram, amma mənim pulum qalıb həbsdə, fəaliyyət göstərə bilmirəm. Vergi orqanı isə düşünür ki, məhkəmə qərarı bizim xeyrimizə çıxsaydı, sən bu müddət ərzində pulu oradan çıxaracaqdın, bizə də vergi ödəməyəcəkdin. Onların da tələbində haqq var. Amma fərdi sahibkar da haqlıdır”.

Ekspert təklif edir ki, bu kimi halların yaşanmaması üçün Dövlət Vergi Xidmətinə yüksək məbləğlərdə cərimələr tətbiq olunmalıdır: “Verginin üzərinə yüksək cərimələr qoymaq lazımdır. Bunu etsələr vergi də bank hesabına həbs qoymamışdan əvvəl yüz ölçüb bir biçər. Yəni, vergi bir çox hallarda “tutar qatıq, tutmaz ayran” məsəli kimi davranır. Düşünür ki, birdən vətəndaş vergi orqanını şikayət etməz, artıq vergi tutarıq. Yəni, məqsədləri budur. Düşünürəm ki, bu kimi hallarda Vergi orqanına cərimə tətbiq olunmalıdır və sahibkara dəyən ziyan ödənilməlidir”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see258

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see191

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see133

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri