Sadıqov: “İstəyirik ki, klub olaraq yerli futbolçulara üstünlük verək”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Zirə” Antalyada təlim-məşq toplanışında bu gün ikinci oyuna çıxıb. “Qartallar” Ukraynanın “Oleksandriya” klubuna uduzub – 2:3. Komandanın baş məşqçisi Rəşad Sadıqov toplanış və matçla bağlı “FutbolPress“in suallarını cavablandırdı:
– Toplanış qısa oldu – 1 həftəlik. Son olaraq axşam matçımız var. İstər Bakıda, istər burdakı məşq proseslərindən razıyıq. Yaxşı əhvaldayıq. Oyunu yaxşı başa vurub, “Neftçi” ilə matça hazırlaşacağıq. Bu gün də futbolçulər istəkli idi. Oyun elə gedirdi ki, uda da bilərdik, uduza da. Oyundan razıyam.
– Mövsümün I dövrəsində az oynayan Eldar Quliyev meydanda daha istəkli görünürdü…
– Təlim-məşq toplanışında Eldar fəal olanlardan, seçilənlərdəndir. Bu gün də yaxşı mənada seçildi. İstər o, istər Namik qışa qədər az oynamışdılar, tez-tez zədələri olurdu. Bugünkü oyunları bizi sevindirdi.
– İkinci dövrədə hədəf nədir?
– Məqsəd avrokuboklara düşməkdir. Bu mübarizədə 7 komanda var. Maraqlı olacaq. Çalışacağıq ki, rəqabətdə üstün tərəf biz olaq.
– Meydanda gənc adlar gördük. Onları mövsümün qalan hissəsində meydanda görə bilərik?
– İstəyirik ki, klub olaraq yerli, gənc futbolçulara üstünlük verək. Çempionatda vəziyyət elədir ki, onlarla rəqabət çətindir. Ramiz Muradov əvəzedici komandada ən yaxşılardan idi. Burda da toplanışda özünü yaxşı göstərdi və millinin baş məşqçisi Ayxan Abbasov onu “Şamaxı”da görmək istəyib. Danışıq oldu, azı yaya qədər “Şamaxı”da olacaq. Əkbər isə gəncdir, bu gün bir neçə səhvlə yadda qaldı, amma üzərində işləsə, istər “Zirə”, istərsə də digər elita klublarında oynaya bilər.
“FutbolPress”
(Antalya)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















