Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“Tutar qatıq, tutmaz ayran” sevdası

“Tutar qatıq, tutmaz ayran” sevdası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-dakı erməni lobbisinin konqresmenlərlə əməkdaşlığı səmərə vermir

ABŞ-dakı erməni lobbisi fəallarının Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün konqresmenlərlə görüşləri, ardınca Ağ evə müraciət göndərməyə hazırlaşdıqları barədə yazmışdıq. Məlumatda qeyd olunurdu ki, onlar “Dağlıq Qarabağda etnik təmizləmə”yə görə ölkəmizin “beynəlxalq məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniyaya start veriblər. Amerika Erməniləri Milli Komitəsinin (ANKA) nümayəndələri bu kampaniya çərçivəsində bəzi konqresmenlərlə görüşlər təşkil ediblər. Əvvəlki illərin təcrübəsindən yararlanan zəngin ermənilər konqresmenləri ələ almaqdan ötrü bütün vasitələrdən, o cümlədən dezinformasiyadan gen-bol istifadə ediblər. ANKA fəalları 2023-cü ilin sentyabrında Qarabağdan könüllü köçən ermənilərin sayını şişirdərək, əvvəl açıqladıqları 120 min rəqəmini bu dəfə 150 minə çatdırıblar. Bununla da kifayətlənməyən hay “milli təəssübkeşləri” konqresmenlərdən Azərbaycanın dövlət rəsmilərinə qarşı “Maqnitski aktı”nın tətbiqini tələb etmişdilər.

* * *

ANKA-nın məlum anti-Azərbaycan kampaniyasının nəticəsi olaraq 36 konqresmen ABŞ Dövlət katibi Marko Rubionu qlobal “Maqnitski aktı”na uyğun olaraq “ermənilərə qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən hərbi əsirlərin və Artsaxın keçmiş hərbi-siyasi rəhbərliyinin qanunsuz həbsinə, işgəncələrə və saxta məhkəmələrə görə cavabdeh olan” Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə məlumatı “Daşnaksütyun” bürosu mərkəzi aparatının mətbuat xidməti yayıb. Məktubu imzalayan konqresmenlər vurğulayırlar ki, “Azərbaycan bu günə qədər Dağlıq Qarabağın blokadası zamanı və ondan sonra əsir götürülmüş, ən azı, 23 erməni hərbi əsirini qanunsuz olaraq saxlayır”. Daha sonra yazırlar: “Bu siyasi girovlar zorakılığa və ləyaqəti alçaldan rəftara məruz qalırlar”.

“Yüksək rütbəli erməni məmurlarının saxta məhkəmələri davamlı sülh üçün lazım olan etimadın möhkəmləndirilməsi tədbirlərini sarsıdır” – yazıldığı məktubda “36-lar” “siyasi məhbusların və hərbi əsirlərin azad edilməsinin ədalətli və davamlı sülhə nail olmaq yolunda mühüm addım” olacağını qeyd ediblər. Onlar hesab edirlər ki, Azərbaycana qarşı tətbiq olunacaq “sanksiyalar hərbi əsirlərin azad edilməsi və Ermənistana qarşı növbəti təcavüzün qarşısının alınması üçün mühüm təzyiq vasitəsi”nə çevriləcək.

İndi ortaya maraqlı sual çıxır: “Konqresdəki ermənipərəst lobbiçilərin belə bir petisiyasının hansısa effekti olacaqmı?”

Bu yaxınlarda Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə edən Birləşmiş Ştatların Prezidenti Donald Trampın dövründə ermənipərəst konqresmenlər nəyə ümid edirlər? Onlar yaxşı bilirlər ki, D.Tramp praqmatik siyasətçi, təcrübəli iş adamıdır. Təbii ki, hesab edir ki, ABŞ və Azərbaycan arasında yaxşı münasibətlər onun ölkəsi üçün xəyalların subyekti olan “böyük Ermənistan”dan və ya “türklərin əsarətində olan Artsax nağılları”ndan qat-qat vacibdir.

* * *

Görünən odur ki, ABŞ lideri heç bir halda Bakı ilə münasibətləri korlamayacaq. Üstəlik, haypərəst konqresmenlərin əlində “Artsax”ın keçmiş liderləri və onların əlaltılarının qanunsuz mühakimə olunmasına dair heç bir sübut yoxdur. Əgər ortalıqda belə bir sənəd olsaydı, etiraz petisiyasının müəllifi olan konqresmenlər bunu mütləq elan edərdilər. Əks halda, bunun adı Azərbaycana qarşı sifarişli hücumdur.

Məsələnin görünməyən tərəfi də var: Birləşmiş Ştatlar həm bir dövlət kimi, həm də onun vətəndaşları Azərbaycanla münasibətləri korlamaqda, xüsusən də hərbi cinayətlərə görə təqsirləndirilən şəxs qismində ittiham olunanların xoşuna gəlməkdə o qədər də maraqlı deyil. Birinci və İkinci Qarabağ müharibələrində ağır cinayətlər törətməkdə ittiham olunan və əməllərinə görə saxlanılan separatçıların Bakıda keçirilən məhkəmə prosesi Azərbaycanın daxili işidir.

ABŞ konqresmenlərinin rəyi nə məhkəmə prosesinə, nə də onun son hökmünə hansısa təsiri göstərə bilər. Rubioya məktuba imza atanların özləri bu reallığı çox gözəl başa düşürlər. İntəhası, onlar ANKA-dan aldıqları sifarişi yerinə yetirməlidirlər. Onların böyük əksəriyyətinin bunu maddi səbəbdən etdiyi məlumdur. Yəqin aralarında elələri də var ki, bu addımı məlumatsızlıqdan və ya saxta göz yaşlarına inanaraq, quldurların müdafiəsinə qalxmaq qərarına gəliblər.

Konqresin qanunvericilik fəaliyyətinə gəlincə, haypərəst qanunvericilər bəlkə bekarçılıqdan belə yersiz və səmərəsiz işlə məşğuldurlar. Yəni öz enerjilərini daha faydalı işlərə, misal üçün, Azərbaycandan fərqli olaraq, ölüm hökmünün ləğv olunmadığı, biabırçı “elektrik stulu” cəzasının qaldığı ABŞ-ın əksər ştatlarında xərcləyə bilərlər. Bununla bağlı təşəbbüs göstərsinlər, ölümə məhkum olunanların müdafiəsi üçün Ağ evə, Dövlət Departamentinə müraciət etsinlər, məktub yollasınlar. Düşünürlər ki, bu, çətin alınan məsələdir. Çünki ABŞ cəmiyyətində qatillərin, manyakların, terrorçuların müdafiəsi anlayışla qarşılanmaya bilər...

Uzun sözün qısası, Donald Trampın bu cür separatçı çağırışların təsiri altında Azərbaycana yönəlik siyasətini dəyişməyəcəyi aydındır. Hətta, ola bilsin ki, məktubu imzalayan konqresmenləri öz ölkələrinin qayğısına qalmağa, başqa ölkələrin işlərinə qarışmamağa çağırsın. Nəinki ittiham olunduqları cinayətləri törətməkdə günahlarını Bakıda məhkəməyə etiraf edən insanların müdafiəsinə qalxsın. Axı, ANKA-nın “hərbi əsirlər” dediyi həmin təqsirləndirilən şəxslər bunu məhkəmədə dəfələrlə söyləmiş, bəziləri əməllərinə görə peşman olduqlarını bildirmişlər. Onlar bu etiraflarını məhkəmə zalında heç bir kənar təsir, ifadələrinə müdaxilə olmadan ediblər. Hər şey eşidilir və yazılır...

Tofiq ABBASOV,
siyasi şərhçi

– Ermənilər törətdikləri cinayətlərin hamısını bizim ayağımıza yazmağa çalışırlar. Onlar bu minvalla dünya birliyini, aparıcı siyasi gücləri öz tərəflərinə çəkmək və Azərbaycan üçün problem yaratmaq məqsədi güdürlər. ABŞ Konqresində haylara lobbiçilik edənləri tanıyırıq. Hayların pullu sifarişlərini yerinə yetirməyi yaxşı qazanc mənbəyinə çevirmiş həmin konqresmenlərin özləri faydasız işlə məşğul olduqlarını yaxşı anlayırlar. Əslində, bu, növbəti uğursuz bir cəhddir. Biz erməniləri Qarabağdan qovmamışıq. Az sayda olsa da, indi orada qalanlar, Azərbaycan vətəndaşlığını qəbul edənlər, hətta son seçkilərdə səs verənlər də var. Həmin kənar güclər də artıq başa düşürlər ki, heç nədən Azərbaycan üçün problem yaratmaq hayların köhnə vərdişidir. Amma, necə deyərlər, bu həna o hənadan deyil. Ona görə ki, münaqişənin ağır yükünü Azərbaycan özü çiynindən atmağı, beynəlxalq hüququ, tarixi ədaləti bərpa etməyi bacarıb. İndi ermənilər bütün imkanlarını ona görə səfərbər ediblər ki, biabırçı məğlubiyyətdən sonra, haradasa, özlərinə bəraət qazandıra bilsinlər.

Əslində, Ermənistan Azərbaycanı belə ucuz üsullarla hədələməklə özünə problem yaratmaqla məşğuldur. Bizim müharibəmiz də, mübarizəmiz də beynəlxalq hüquqa və ədalətə söykənir. Azərbaycan pozulmuş tarixi hüququnu bərpa edib və haqqı çatanı alıb. Hər halda amerikalı konqresmenlər o dərəcədə savadsız, tarixdən bixəbər deyillər ki, erməni lobbisinin oyununun qurbanları olsunlar.

İlqar VƏLİZADƏ,
“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert

– Bu cür müraciət Trampın dövründə ilk dəfədir, ona görə də reaksiyanı proqnozlaşdırmaq çətindir. Xüsusən də nəzərə alsaq ki, Dövlət katibi Marko Rubionun özü senator olanda ermənilərə rəğbət bəsləyirdi. Ancaq zaman ötdükcə prioritetlər də dəyişdi. Biz görürük ki, ABŞ-ın indiki administrasiyası maraqlara uyğun praqmatik hərəkət etməyə çalışır. Donald Tramp əvvəlki prezidentliyi dövründə də Azərbaycanla işləyib. Ona görə bu işdə əməkdaşlıq təcrübəsi mühüm rol oynaya bilər. Bundan əlavə Azərbaycan və İsrail arasındakı münasibətlər də ABŞ–Azərbaycan münasibətlərinin hazırkı amilidir.

Biz bilirik ki, Rubioya müraciət edənlərin əksəriyyəti, ümumiyyətlə, Trampın əleyhinə çıxır və ABŞ-ın daxili və xarici siyasətini tənqid edir. İndiki rəhbərliyin onları diqqətlə dinləyəcəyini, üstəlik, tələblərini yerinə yetirməyə tələsəcəyini gözləməyin qətiyyən mənası yoxdur. Ona görə də mənə elə gəlir ki, indiki administrasiyanın öz maraqlarından çıxış edərək fəaliyyət göstərməyə çalışdığını və müəyyən ölkələrlə münasibətlərə real siyasət kontekstində baxdığını nəzərə alsaq, bəzi konqresmenlərin bu cəhdləri arzu etdikləri effekti verməyəcək.

Üstəlik, seçki dövrü arxada qaldığından erməni lobbisi ilə manipulyasiya etməyə xüsusi ehtiyac duyulmur. Ona görə də hesab edirəm ki, bütövlükdə, bu müraciət diqqətdən kənarda qalacaq.


İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri