Icma.az
close
up
RU
Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım... Ulucay Akif

Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım... Ulucay Akif

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Əli Zərbəlinin "Yay tətilini necə keçirdim..." hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.


Üç-dörd gün qabaq gözəl bir hekayə oxudum. Oxuyan kimi hekayə haqqında fikirlərimi yazmaq istədim, amma sonra barmaqlarımı saxladım.

Həm bir az məişət qayğıları imkan vermədi fikrimi yazıya cəmləməyə, həm də bir başqa məsələ.

Başqa məsələ o idi ki, istədim, gözləyim, görüm, bizim bu ədəbi cameəmizdə yaxşı mətnə necə reaksiya verilir?

Çünki fikir vermişəm, biz (yəni "Kulis" redaksiyası) hansısa bir yaxşı mətnin müzakirəsini təşkil etməyəndə həmin mətn it-bat olur.

Və gözlədiyim kimi də oldu.

Heç kim o gözəl hekayə haqqında bircə cümlə də yazmadı, danışmadı. Elə bil belə hekayə heç yazılmayıb, heç yoxdu belə hekayə...

Bax, biz Kulis-də bununla məşğul oluruq. Gözəl mətnlərin it-bat olmamağı üçün onları təbliğ edirik, müzakirəyə çıxarırıq, mübahisəyə, polemikaya şərait yaradırıq.

Sözü çox uzatmadan keçim haqqında danışmaq istədiyim hekayəyə. Söhbət gənc yazıçı Əli Zərbəlinin “Yay tətilini necə keçirdim” hekayəsindən gedir.

Hekayə iki oğlanın oğurluq üçün bir evə girməyindən bəhs edir. Başdan ayağa dialoq üzərində qurulmuş bu hekayənin mövzusu xoşuma gəldi.

Yazılı mətnlər iki səsdən ibarət olur: biri müəllifin səsi, biri isə müəllifin yaratdığı obrazın səsi. Bu hekayə əvvəldən sonacan dialoq üzərində qurulduğu üçün müəllifin səsini eşitmirik.

Özünü “səssiz rejimə” almış müəllif dialoq köməyi ilə iki obrazın da xarakterini uğurlu şəkildə açmağı bacarıb. Düzdü, dialoqun bəzi hissələrində müəllif düzgün ifadələri tapa bilməyib. Məsələn:

“ – Nə edərdik? Ağ kostyum geyinərdik?”

Məncə, real həyatda heç kim, xüsusilə də, oğrular belə danışmaz. Bu, bədii mətn dilindən çox amerikan filmlərinin dublyajına bənzəyir.

Hekayədəki bu cür cümlələri (sayı çox deyil) təkrarlayıb xırdaçılıq etmək istəmirəm, amma sırf dialoq üzərində qurulan mətndə müəllif bu şeylərə maksimum həssaslıqla yanaşmalıdır.

Digər qüsur bəzi yerlərdə müəllifin söhbəti lazımsız dərəcədə uzatmağıdır. Şəxsən mən bir-iki yerdə obrazları qarışdırıb, məcbur həmin hissələri dəfələrlə yenidən oxudum. Ki, heç dialoqun əhəmiyyətli yerləri də deyildi o hissələr.

Obrazların astadan danışığı, ehtiyyatlı davranışlarına uyğun monotonluqla başlayan mətn obrazların həyəcan və təlaşının artmasıyla canlanır. Müəllif obrazların səsi (!) ilə oxucunu kuliminasiyaya doğru daşıyır.

Artıq oxucu da özünü həmin evin içində hiss edir. Oğrulardan birinin rahatlığı bir az qeyri-təbii görünsə də, real həyatda bundan daha absurd situasiyaların da gerçəkləşdiyini bilirəm.

Məsələn, yadıma düşür, narkotiki oğurlanan bir adam polis bölməsinə zəng edib bununla bağlı şikayət etmişdi, polis də gəlib elə şikayət edən adamın özünü həbs eləmişdi.

Yəni real həyatda irrasional hadisələr daha çox baş verir, nəinki bədii mətndə. Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım.

Açığı, hekayəni oxuduqca təxmin etmişdim ki, müəllif bu mətnin kuliminasiyasını sona saxlayacaq. Ancaq çox istəyərdim, kuliminasiya bu mətnin düz ortasında baş versin. Kuliminasiya mətnin ortasında olanda, bu, uca bir dağın zirvəsinə dırmaşıb sonra zirvədən dağın o biri tayına keçməyə bənzəyir. Və əslində, dağın zirvəsinə çıxmaqdan da çətini o zirvədən səliqə ilə aşağı düşə bilməkdir.

Kuliminasiya mətnin mərkəzində olsa, müəllifin o dağın zirvəsindən necə endiyini görmək imkanımız da olacaqdı. Kuliminasiya hekayənin sonunda olanda müəllifin “razvyazka” bacarığını nümayiş etdirmək üçün fürsəti olmur.

Hər halda, müəllifə “elə yox, belə yazardın...” demək də doğru deyil. O, kuliminasiyanı sona saxlamaq istəyib, mətni bu cür görüb, bu cür yazıb və sonluq da, əslində, uğurlu alınıb.

Əli Zərbəli bundan əvvəlki hekayələrində də uğurlu mövzular seçib həmin mövzuları mətndə həll edə bilmişdi.
Müəllifi təbrik edirəm!

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi Dünya şöhrətli aktyor karyerasını bitirir Məşhur reper həbs olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri