“Bu səbəbdən ona oyunlarda şans vermirəm” Abbas Hüseynovun taleyi bəlli oldu
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Klubdaxili nizam-intizam qaydalarına pozduğuna görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan futbolçulardan Elvin Cəfərquliyev əfv olunsa da, onunla eyni vaxtda kənarlaşdırılan Abbas Hüseynov hələ də ofsayddadı. “Qarabağ”ın əvəzediciləri artıq bir neçə yoxlama oyunu keçirib.
31 yaşlı müdafiəçi bu komanda ilə hazırlıq keçib? Bu matçlarda özünü göstərə bilibmi?
“Football-plus.az” bu sualları əvəzedici komandanın baş məşqçisi Maksim Medvedevə ünvanladı:
“Komanda ilə birgə məşqlərdə iştirak edir. Lakin həm fiziki, həm də pisixoloji baxımdan meydana çıxmağa hazır deyil. Bu səbəbdən ona oyunlarda şans vermirəm. Təxminən 6 aya yaxındı əsas komandadan uzaq düşüb. Ümid edirəm ki, yaxın müddətdə öz formasını bərpa edəcək”.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 İyul 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















