Icma.az
close
up
RU
Bu səbəbdən Pekin Moskva ilə birgə müharibəni dayandırmaq üçün səylərini artıracaq

Bu səbəbdən Pekin Moskva ilə birgə müharibəni dayandırmaq üçün səylərini artıracaq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İran müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırıb. İranın xarici işlər naziri Abbas Araqçı iyunun 20-də Cenevrədə Avropa ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Görüşdən əvvəl Avropa nazirlərinin ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparması diqdəti çəkib. Görünür, avropalı nazirlər bu yolla ABŞ-ın İrana qarşı müharibəyə başlayıb-başlamayacağını və ya əksinə Vaşinqtonun Tehranla danışıqlara maraqlı olub-olmadığını müəyyənləşdirmək istəyiblər". 

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ağ Ev sahibinin qərarını qroqnozlaşdırmaq çətindir:

Avropa ölkələrinin mövqeyi belədir ki, Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir. ABŞ prezidenti Donald Trampın Avropalı müttəfiqlərin İranla sazişə yaxınlaşmaq üçün göstərdiyi diplomatik təşəbbüsləri dəstəklədiyi bildirilib. Ancaq söhbət Donald Trampdan gedirsə, Ağ Ev sahibinin qərarının necə olacağını proqnozlaşdırmaq çətindir.

İranın xarici işlər naziri Cenevrədən sonra İstanbula gedib. Burada Tehranın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı keçirilib. Abbas Araqçı Türkiyədə sonra Rusiyada gedəcək. İran xarici işlər nazirinin yaxın günlərdə Çinə səfər edəcəyi də istisna deyil. Tehran bu görüşlər və müzakirələr vasitəsilə beynəlxalq aləmin müharibəni dayandırmaq üçün İsrailə təzyiqin arıtırılacağına ümidlidir. Çünki, müharibə uzanarsa, ABŞ-ın İrana zərbələr endirəcəyi ehtimalı artacaq. Bunu Moskva ilə Pekin də bilir. Ona görə həm Rusiya, həm də Çin Vaşinqtona daima mesajlar göndərirlər ki, ABŞ İsrailə dəstək verməsin.

“ABŞ-nin İrana hücumu Çinin gücünün sərhədlərini göstərəcək” – bu “New York Times” qəzetində yayımlanan məqalənin başlığıdır. Donald Tramp ümid edir ki, Çin İrana hərbi dəstək verməyəcək. Halbuki, Çindən havaya qalxan bir neçə yük təyyarəsinin İrana enməsinə dair məlumatlar yayılıb. Bu təyyarələrdə İrana nəyin daşındığı barədə məlumat yoxdur. Buna baxmayaraq, Ağ Ev sahibi çinli həmkarı Si Cinpinin riskə gedərək İran əməli dəstək verəcəyini düşünmür. “Mənim Si Cinpinlə yaxşı münasibətlərim var və Çinin İsrail-İran müdaxilə edəcəyinə inanmıram” – deyən Donald Trampı cümləsini bu sözlərlə bitirib: “Baxarıq nələr olacaq”. Yəni Tramp Si Cinpini tərifləsə də, Pekinin necə qərar verəcəyinə tam əmin deyil. Çin neftə olan tələbatının önəmli hissəsini İrandan alırdı. Müharibə davam etdikcə bu mümkün olmayacaq. İran Hörmüz boğazını qapadarsa, Çin Körfəz ölkələrindən də neft ala bilməyəcək. Bu Çini enerji böhranına sürükləyə bilər. Bu səbəbdən Pekin Moskva ilə birgə müharibəni dayandırmaq üçün səylərini artıracaq. Ancaq İsrailin və ABŞ-ın planları fərqlidir".

Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri