Bu şəxslər avtoqəzalarda daha çox TRAVMA ALIR
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Avtomobil qəzalarında daxili və xarici travmalar xüsusilə 18-50 yaş arası fiziki aktiv şəxslərdə daha çox müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, avtomobil qəzalarında zədələnənlərin əksəriyyəti fiziki aktiv həyat tərzi sürən şəxslərdir. Həm avtomobilin içərisində olan, həm də kənarda baş verən travmalar gənc və orta yaş qrupunda, əsasən 18-50 yaş arasında daha çox müşahidə olunur.
Nizami Məmmədov vurğulayıb ki, yaşla birlikdə avtomobil istifadəsi dəyişsə də, travmaların baş vermə riski fiziki aktiv şəxslərdə daha yüksək qalır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















