Bu şəxslər birbaşa əsgərliyə aparılmasın Nazirdən təklif Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır, bu həssas istiqamətdir. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışan insanlar aiddirlər".
AZXEBER.COM xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O qeyd edib ki, bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur.
"Təbii ki, burada dünya təcrübəsi nəzərə alınmaqdadır. Çünki elə sahələr var ki, biz gərək sənətçilərimizin cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə olunmalıdır", - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















