Icma.az
close
up
RU
“Qarabağ” bu zirvəyə necə yüksəldi? Qurban Qurbanovun sirri

“Qarabağ” bu zirvəyə necə yüksəldi? Qurban Qurbanovun sirri

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan futbolunun 115 yaşı tamam olur. "Qarabağ"ın parlaq uğuru bir faktı göstərdi ki, bu 115 ildə Azərbaycanın ən böyük komandası "Qarabağ", ən böyük məşqçisi Qurban Qurbanov olub".

Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov "Qarabağ"ın uğurunun sirri nədədir?" mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, bu 115 ildə özünün idarəetmə sistemi, doğru, dürüst seçimləri ilə, məşqçisinə olan dəstəyi ilə ən nümunəvi klub "Qarabağ", onu idarə edənlər olub: "Mən onların hər birini və onların böyük azarkeş ordusunu təbrik edirəm".

Jurnalist komandanın bu uğura necə imza atması barədə danışarkən "atlılar"ın illər ərzində keçdiyi yolu xatırladıb: 

"Mənim yadıma gəlir ki, 2007–2008-ci il idi, Əfran (İsmayılov, keçmiş "Qarabağ" oyunçusu) cavan bir uşaq idi, onu risk edib belə böyük oyunlara salan məşqçi olub Qurban Qurbanov olub. Qara Qarayev, Rauf Əliyev, Maksim Medvedev, Vaqif Cavadov da buraya aiddir. Yəni bu gün bəzən görürsən ki, kimlər ki, o tənələri "Qarabağ"a yapışdırır ki, bu uğurlarda legionerlərin payı var. İlk dəfə olaraq 2009-cu ildə "Rosenburq"u (Norveç futbol klubu) sensasiya ilə keçəndə və Avropa Liqasının pley-off mərhələsinə gedəndə o komandanın heyətində cəmi bir legioner var idi. Qalan hamısı azərbaycanlı uşaqlar olub və o əsər oradan yaranmağa başlayıb. Qurban Qurbanov o vaxtdan başlayıb əsəri yaratmağa - çətinliklərlə, yerli oyunçuları yetişdirməklə, amma həm də zərurət yarandı ki, legionerlər gəlsin. Çünki legionersiz bu işi görmək nəinki "Qarabağ"a, dünyada heç bir klub üçün mümkün deyil. Çox uzağa getməyək, elə "Liverpul"un heyətində nə qədər legionerlər var".

O vurğulayıb ki, Azərbaycan futbol ictimaiyyətimizdə müəyyən kəslər bu legioner məsələlərini ortaya salırlar: "Onlar yaxşı olar ki, bizim öz dəyərlərimizə qiymət versinlər. Çünki Qurban Qurbanovun köməkçilərinin əksəriyyəti azərbaycanlıdırlar - Elçin Rəhmanov, Müşfiq Hüseynov, Elxan Həsənov, Zaur Tağızadə. Bu gün "Qarabağ" futbol klubunun idarə etməsində olan işçilər, menecerlər var, onların hər biri azərbaycanlıdır - nə qədər onlar yetişiblər, təkcə futbolçudan söhbət getmir. Rəhbərlik ilə yaxşı bir klub formalaşıb və Qurban müəllimlə də yaxşı bir vəhdət yaranıb ki, ortaya bu gün təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, keçmiş SSRİ məkanında bu gün “Qarabağ” ən yaxşı komandadır və bu belə də davam edəcək".

Miri
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri