Icma.az
close
up
RU
Bu şəxslər “kupça”nı daha tez alacaqlar

Bu şəxslər “kupça”nı daha tez alacaqlar

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir.

News24.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.

Əmlak məsələləri üzrə ekspert Rahim Əliyev Musavat.com-a deyib ki, bu dəyişiklik o deməkdir ki, artıq təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində dağılan və yararsız vəziyyətə düşən evlərin yerinə dövlət hesabına tikilən yeni evlərin sənədləşdirilməsi daha asan olacaq:

“Əvvəllər belə evlərin rəsmi qeydiyyata alınması üçün daha çox sənəd tələb olunurdu. İndi isə həmin yeni tikilmiş evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı, tikinti layihəsinin memarlıq-planlaşdırma hissəsi və istismarına icazə sənədi bu proses üçün yetərli olacaq. Yəni bu sənədlər təqdim olunarsa, həmin mənzilin və ya evin rəsmi çıxarışı (kupçası) veriləcək”.

Ekspertin sözlərinə görə, məqsəd odur ki, insanlar itirdikləri evlərin əvəzində aldıqları yeni evlərin mülkiyyət sənədlərini daha tez və problemsiz ala bilsinlər:

“Bu dəyişiklik dövlət vəsaiti hesabına tikilən evlər üçün nəzərdə tutulur. Vətəndaşların əlavə sənəd toplamasına ehtiyac qalmayacaq, çünki lazım olan məlumatlar dövlət tərəfindən təqdim olunacaq”./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri