Icma.az
close
up
RU
Bu şəxslər maaş ALMAYACAQ

Bu şəxslər maaş ALMAYACAQ

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə qanuna edilən dəyişiklikdə əksini tapıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və  Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;

Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.

Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilir.

Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir. Komissiyanın sədri onun tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, 2018-ci ildə Prezident İlham Əliyev parlamentdə çıxışında idarəetmənin daha  da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirildiyini bildirmişdi: “Prezident çıxışında xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Bundan dərhal sonra idarəetmədə yeniliklər baş verdi. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni  zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşməsi də o zaman elan edilən yenilənmənin davamıdır”.

Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var: “Ötən illər ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə gedir. Həm institutsional dəyişikliklərin,  korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması prosesi baş verir. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. Dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı çıxışlarında "mən vətəndaşın bir nömrəli xidmətçisiyəm" deyirsə, kadrların da xalqın xidmətçisi olması vacibdir. Bu gün təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. “Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir” suallarına cavab tapmaq lazımdır. Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var. İdarəetmə ilə bağlı yeni prinsiplər, idarəetmə formasının dəyişdirilməsi, yerli idarəetmənin bələdiyyələrə ötürülməsi, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklər korrupsiyaya yol açan amillərin minimallaşdırılmasına gətirib çıxara bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see152

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see142

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see140

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see134

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see133

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see123

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see123

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see122

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see115

Avtomobil oturacaqları üçün hansı örtüklərdən istifadə edilməlidir? ARAŞDIRMA FOTO

14 Aprel 2025 21:00see115

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see115

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see113

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see113

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see112

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see112

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see112

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see111

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see111

Ermənistan Azərbaycanla şərti sərhəddə təxribata hazırlaşır? Xəbərlərin 20:00 buraxılışı

14 Aprel 2025 20:00see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri