Bu şəxslər ölkəmizdə yaşaya bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, layihəyə əsasən, həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.
Belə ki, aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.
İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Oktyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















