Icma.az
close
up
RU
Ölkəmizdə bu şəxslərin meyitləri yandırıla BİLƏR

Ölkəmizdə bu şəxslərin meyitləri yandırıla BİLƏR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
Bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir:
“Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin”.
 

MÖVZU İLƏ BAĞLI:
İndi də meyitlərdən brilyant hazırlayırlar – Xatirəni əbədiləşdirmək, yoxsa mərhuma HÖRMƏTSİZLİK?


Ceyhun Məmmədov onu da qeyd edib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır. O da əlavə edib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.
Bəs, İslam dini meyitin yandırılmasını qəbul edirmi?
Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, meyitlərin yandırılması bəzi din və adətlərdə mövcuddur:
“Lakin İslam dininə görə müsəlman ölülər torpağa dəfn edilməlidir. İmkan və şərait olduğu müddətdə torpağa dəfn etmək vacibdir. Lakin istisna hallarda islam dininə görə ölünü dənizə atmağa, yaxud yandırmağa icazə verilir. Tutaq ki, dəniz səyahəti zamanı vəfat etmiş insanın sahilə çıxanacan cəsədinin xarab olması və ehtiramının aradan getməsi ehtimalı varsa, şəriət qüsl, kəfən edilib ağır bir daş bağlayıb dənizə atmağa izn verir.
Yaxud dəhşətli pandemiyalar, epidemiyalar zamanı yoluxucu xəstəlikdən ölmüş adamın mütəxəssis rəyi ilə yandırılmasına da izn verilir. Lakin adi halda, yer çatışmazlığı, maddi imkansızlıq kimi bəhanələrlə ölüləri yandırmağa şəriət icazə vermir.
Azərbaycanda isə təkcə müsəlmanlar yaşamır, başqa dinlərin və konfessiyaların mənsubları da var. Eyni zamanda, ölkəmiz müsəlman ölkəsi sayılır. Ona görə digər inancların da dəfn qaydalarını icra etməsi üçün şərait olmalıdır. Krişnaçılar, buddistlər və bir qism ateistlər də öldükdən sonra cəsədlərinin yandırılmasını istəyə bilərlər”.
“Hər kəs meyitinin yandırılmasını istəyə bilər”
Müsahibimiz onu da əlavə edib ki, inancından asılı olmayaraq hər bir vətəndaş cəsədinin yandırılmasını istəyə bilər:
“Əgər bu olmasa, bir növ onun hüquqlarını məhdudlaşdırmış olarıq. Kimsə ölüsünü qanun çərçivəsində başqa ölkəyə apara, oradan gətirə, eyni zamanda yandıra da bilər. Lakin bunun üçün müvafiq şərait olmalıdır ki, başqalarına ziyan vurulmasın və cəmiyyətdə ikrah və anlaşmazlıq yaranmasın.
Bəziləri bunu eşidib elə düşünür ki, hamını məcbur edəcəklər ki, ölüsünü yandırsın. Bu, belə deyil, sadəcə inanc və dinində, əqidəsində meyitin yandırılması olan vətəndaşlar üçün bu bir imkandır ki, yaradılır. Bəlkə də heç orada meyit yandıran olmayacaq. Amma bu şərait hüquq və azadlıqlar baxımından olmalıdır”.
“İslamın dəfn qaydaları sırf müsəlmanlar üçün nəzərdə tutulub”
Tural İrfan sonda onu da deyib ki, islam dininə görə din və etiqadında meyilləri yandırma olan şəxslərin meyiti yandırıla bilər yaxud istədikləri kimi dəfn edə bilərlər:

“Çünki islamda dəfn qaydaları sırf müsəlmanlar üçün nəzərdə tutulub, başqalarının işinə qarışmır. Biz krişna dininin mənsubunu məcbur edə bilmərik ki, ölüsünü kəfənə büküb üzü qibləyə torpağa dəfn etsin. Onda gərək Hindistanda da müsəlmanları məcbur etsinlər ki, siz də ölülərinizi yandırmalısınız? Xeyr. Ona görə də gərək fərqli din, inanc və ya inancsızların da adət və hüquqlarını qoruyaq.


Müsəlmanlar yenə də öz ölüsünü torpağa dəfn edəcək, sadəcə vətəndaşlardan kim yandırmaq istəsə, onun üçün də şərait yaradılır”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri